Evin tək övladı qəzada öldü, spermasını dondurub nəvə sahibi oldular - DÜNYA ŞOKDADIR
10-09-2018, 23:41
Tək övladını itirən valideynlər qeyri-adi addım atıblar.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, adı açıqlanmayan cütlük tək övladlarının motosiklet qəzasında dünyasını dəyişməsindən sonra onun sperması ilə nəvə sahibi olublar.
Belə ki, cütlük övladlarını dəfn etmədən öncə həkimə müraciət edib və 72 saat ərzində ondan sperma alınaraq surroqat ananın bətninə qoyulub. İngilis mediasının yayımladığı xəbərə görə, hazırda uşağın 3 yaşı var.