“The Washington Post”: “Suriya müxalifətçiləri rus qırıcılarını vurmaq üçün ABŞ-dan “yer-hava” raketləri istəyir”
4-10-2015, 00:24
AB-ın dəstəklədiyi Suriya müxalif qüvvələri prezident Barak Obamanın administrasiyasına müraciət edərək, Rusiya aviasiyasından qorunmaq üçün “yer-hava” raketləri xahiş edib.
Musavat.com-un məlumatına görə, bu barədə “The Washington Post” nəşri yazıb. Nəşrin bildirdiyinə görə, mötədil islam qruplaşmalarından birinin komandanı Amerika hökumətindən xahiş edib ki, ya Rusiyaya təzyiq göstərsin ki, könüllülərə hücumları o, dayandırsın, ya da müdafiə olunmaq üçün raketlər versin.
Analoji xahişlə başqa bir qruplaşma ABŞ-a müraciət edib. Bildirilir ki, Rusiya təyyarələri cümə günü onların mövqelərinə zərbə endirib. Məlumatlara görə, qruplaşma artıq Amerikadan tank əleyhinə idarə olunan raketlər alıb.
Amerika hərbi dairələrini nümayəndəsi Suriya könüllülərinin son xahişinə baxılır. İndiyədək çoxsaylı xahişlərə rəğmən, Vaşinqton belə silahları müxalifətçilərə verməkdən çəkinib. Çünki onun terrorçuların əlinə keçəcəyindən ehtiyat edib.