Leyla Əliyeva şeirlərini oxudu - FOTO

25-05-2019, 11:50           
Leyla Əliyeva şeirlərini oxudu - FOTO
Mayın 24-də ölkədə populyar olan “SÖZ” layihəsinin yeni istiqamətinin təqdimatı keçirilib.

Teref.az Azərtac-a istinadən xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.

Layihənin direktoru Nigar Həsənzadə deyib ki, özünü təsdiqləmiş ədəbi layihə bu dəfə qonaq və iştirakçılar qismində yalnız gənc müəllifləri toplayıb. O, bildirib ki, yeni konsepsiya gənc müəlliflər üçün “açıq qapılar”ın keçirilməsini nəzərdə tutur.

Sonra gənc şairlər öz şerlərini oxuyublar. Tədbirdə Leyla Əliyeva da müəllifi olduğu şeirləri oxuyub.

Sonda gənc yazarlar öz kitablarını Leyla Əliyevaya təqdim edib, onunla xatirə şəkli çəkdiriblər














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru