Azərbaycanda 1 trilyon kubmetrə yaxın aşkar olunmamış qaz ehtiyatları var

30-05-2019, 12:27           
Azərbaycanda 1 trilyon kubmetrə yaxın aşkar olunmamış qaz ehtiyatları var
Azərbaycanda 1 trilyon kubmetrə yaxın aşkar olunmamış qaz ehtiyatları var.

Teref.az-ın trend.az-a istinadən verdiyi məlumata görə, bunu Qaz İxracatçıları Forumunun baş katibi Yuri Sentyurin Bakıda 26-cı Beynəlxalq Xəzər Neft və Qaz konfransında bildirib.

O bildirib ki, ölkədə 1,4 trilyon kubmetrdən çox təsdiq olunmuş qaz ehtiyatları var:

“Ehtimal olunur ki, aşkar olunmamış qaz ehtiyatlarının həcmi 1 trilyon kubmetrə bərabərdir. Ölkə Xəzər regionunda vacib qaz tədarükçüsünə çevrilir və ixrac potensialını fəal şəkildə genişləndirir".

Baş katib hesab edir ki, “Abşeron” yatağının işlənilməsinin birinci mərhələsi 2023-cü ildə başlayacaq, 2025-ci ilədək isə burada hasilat beş milyard kubmetrə çatacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru