"Ya Hüseyn! Gəl, yetiş hərayə" - Avtobuslarda MƏRSİYƏ MƏCLİSİ

6-09-2019, 11:42           
"Ya Hüseyn! Gəl, yetiş hərayə" - Avtobuslarda MƏRSİYƏ MƏCLİSİ
Məhərrəmlik ayı başlayandan Bakı və Bakıətrafı ərazilərdə fəaliyyət göstərən bəzi avtobuslarda sərnişinlərə mərsiyə dinlədilir.

Redaktor.az bildirir ki, bununla bağlı sərnişinlər sosial şəbəkədə məlumat veriblər. Onlar bu cür musiqilərdən narahat olduqlarını dilə gətiriblər.

Maraqlıdır, Bakı Nəqliyyat Agentliyinin məsələdən xəbəri varmı?

Məsələylə bağlı qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev Redaktor.az-a açıqlamasında faktın araşdırılacağını qeyd edib. Bildirib ki, sərnişinlərin ictimai nəqliyyatda rahat istifadəsini təmin etmək üçün bununla bağlı daşıyıcılara xəbərdarlıq olunacaq.

Qeyd edək ki, ictimai yerlərdə yüksək səslə istər dini, istərsə də digər janrlarda musiqi səsləndirmək qanunla qadağandır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.