İlham Əliyevdən hərbçilərin pensiyaları haqda qərar

12-11-2019, 19:09           
İlham Əliyevdən hərbçilərin pensiyaları haqda qərar
Prezident İlham Əliyev “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” və “Əmək pensiyaları haqqında” qanunlara dəyişiklik edib.
Teref.az xəbər verir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanuna aşağıdakı dəyişikliklər edilib:

- 2-ci maddədə “Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində” sözləri “hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda)” sözləri ilə əvəz edilsin;

- 7-ci maddənin ikinci hissəsindən “və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış qoşun birləşmələrinin” sözləri çıxarılsın və həmin hissəyə “idarələri,” sözündən sonra “hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanları (dövlət orqanlarının strukturuna daxil olan qurumlar),” sözləri əlavə edilsin.

“Əmək pensiyaları haqqında” qanuna aşağıdakı dəyişikliklər edilib:

- 1.0.3-cü maddədə “, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə” sözləri “və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda)” sözləri ilə əvəz edilsin;

- 21.2.3-cü maddəyə “müvafiq icra hakimiyyəti orqanlarında” sözlərindən sonra “və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda)” sözləri əlavə edilsin.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.