"Ata Abdullayev erməni təbliğatının illərlə edə bilmədiyini bir andaca etdi!" - Əli Mustafayev

24-11-2019, 09:58           
"Ata Abdullayev erməni təbliğatının illərlə edə bilmədiyini bir andaca etdi!" - Əli Mustafayev
Teref.az yazır ki, daha bir məşhur hüquqşunas Ata Abdullayevin hərəkətlərinə etiraz etdi və konkret sullar ünvanladı.
Hüquqşunas, milli azadlıq hərəkatının öncüllərindən olan Əli Mustafayevin statusunu təqdim edirik:
Dostlar,
Mən nə bu adama, nə də onun rol aldığı olaylara münasibət bildirmək istəməzdim, amma...baş verənlər ölkəmə, xalqıma töhmət gətirməsəydi, milli heysiyyatımıza toxunmasaydı və adam erməni fitnəkarlığına maşalıq etməsəydi...
Söhbət ata abdullayev adlı varlıqdan, onunla və ya ona rejisorluq edən ermənilərin Azərbaycan uzantıları ilə paşinyan arasında səhnələşdirilmiş şoudan gedir.
Bir hüquqşünas olaraq soruşuram:
-Adam haradan bildi ki, paşinyan haçan, İtaliyadakı hansısa kilsədə olacaq, həmin vaxt ora getdi, mühafizəçilərin, Xocalı genosidini törədən vəhşi ermənilərin yanından asanlıqla içəri girdi və paşinyanın öncədən hazırlaşdığı aydın sezilən cavablarına uyğun rəzil çıxışını etdi və suallarını verdi??? Bəziləri onu axmaq, savadsız hesab etdi. Bu yanaşma yumşaq desək ya səhvdir, ya da izi qəsdən azdırmaqdır!
Adam dünyanın gözü qarşısında torpağını itirən, təcavüzə məruz qalan Azərbaycan xalqını haqlıykən haqsız duruma düşürdü! Adam Xocalıda şəhid edilən insanlarımızın ruhunun incidilməsinə rəvac verdi. Adam erməni təbliğatının illərlə edə bilmədiyini bir andaca etdi! Öncədən görməli, bilməli və qarşısını almalı olmaları qalsın bir yana, doğurdanmı bu ölkənin milli təhlükəsizliyinə məsul olan şəxslər dövlətimizə və millətimizə qarşı qurulmuş kompası, erməni tör-töküntülərinin təşkil etdiyi bu təxribatı indi də görmürlər?! ...
Teref.az oaraq suallara cavab olarsa səhifəmizdə yer verməyə hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.