1 nömrəli Prezidentin Mehriban xanımı qəbul etməsi... - Prezident
27-11-2019, 06:26
Mehriban Əliyevanın Moskvaya dünən başa çatmış rəsmi səfəri də bizim münasibətlərin yüksək səviyyədə olmasını bir daha təsdiq etdi.
Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovu qəbul edərkən deyib.
“Biz bu səfəri çox yüksək qiymətləndiririk. Başa düşürük ki, bu, beynəlxalq siyasətdə görünməmiş hadisədir, dövlətdə birinci şəxs olmayan adam Prezident tərəfindən, özü də dünyanın aparıcı ölkəsinin Prezidenti və dünya siyasətçiləri arasında bir nömrəli Prezident tərəfindən ən yüksək səviyyədə qəbul edilir. Zənnimcə, bu, təkcə mənim fikrim deyil, rəhbərlərin böyük əksəriyyətinin fikridir. Biz dəvət faktının özünü, münasibətlərin səviyyəsini, Mehriban Əliyevanın şəxsən Prezident tərəfindən ali “Dostluq” ordeni ilə təltif edilməsini və bu təltifdən sonra deyilən sözləri çox yüksək qiymətləndiririk. Əlbəttə, şadıq ki, ölkələrimiz arasında münasibətlər bu cür yüksək səviyyəyə çatıb. Əlbəttə, Hökumətin sədri ilə, Federasiya Şurasının sədri ilə görüşlər də çox konstruktiv, zəngin olub və həmçinin regionlararası yubiley forumunun keçirilməsi və Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun açılması – bütün bunlar bizim əlaqələrin möhkəmlənməsi işində çox mühüm addımlardır. Əminəm ki, növbəti il də səmərəli olacaq. Gələn ay Vladimir Vladimiroviçlə görüşümüz olacaq”, - Prezident İlham Əliyev bildirib.