Azərbaycan Dövlət Sərhəd Xidməti: Erməni tərəfinin izahı açıq yalandır

8-01-2020, 00:00           
Azərbaycan Dövlət Sərhəd Xidməti: Erməni tərəfinin izahı açıq yalandır
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan “Facebook” səhifəsində Azərbaycan sərhədçisinin ölümünü şərh edərək bunu Azərbaycan tərəfinin sərhəddə mühəndis-texniki işləri aparmaq və sərhəddəki mövqelərini irəli çəkmək cəhdi ilə izah etməyə çalışıb.

Teref.az xəbər verir ki, Ermənistanın armeniasputnik.am saytı bu barədə məlumat yayıb.

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən bildirilib ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bu hissəsində heç bir mühəndis-texniki iş aparılmayıb. Ermənistan Silahlı Qüvvələrinin rəsmi nümayəndəsinin bu izahı açıq yalan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması faktını əsaslandırmaq cəhdi, həmçinin ictimaiyyəti çaşdırmaq məqsədlidir.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistanla həmsərhəd olan Qazax və Ağstafa rayonları istiqamətində hərbi xidmət fəaliyyətlərinin həyata keçirildiyi bütün dövrlərdə təmas xəttində, sonda adekvat cavabsız qalmayan Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən gərginlik yaratmaq cəhdləri müşahidə olunub.

Oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru