İcra başçılarının YENİ KABUSU... - TƏFTİŞ GƏLİR...

3-06-2020, 13:20           
İcra başçılarının YENİ KABUSU... -
Bu ayın ortalarından demək olar ki, bütün rayon icra hakimiyyətlərində yeni yoxlamaya start veriləcək. Bu barədə DİA.AZ-a hökumətdəki mənbələrdən informasiya daxil olub.

Xəbərə görə, qeyd olunan tarixdən əksər rayon icra hakimiyyətlərində maliyyə təftişi həyata keçiriləcək və burada başlıca məqsəd şübhəli maliyyə əməliyyatlarının, o cümlədən tenderlərin dövlət tərəfindən yoxlanılması, nəzarətə götürülməsidir.

Məlumatı dia.az-a verən mənbə iddia edir ki, yoxlamalar nəticəsində aşkarlanacaq bütün faktlar müvafiq olaraq hüquq-mühafizə orqanlarına yönəldiləcək: "Bu isə o deməkdir ki, həyata keçiriləcək təftişin yekunu olaraq daha onlarla məmurun qollarına qandal vurula bilər. Hər halda bütün bunlar qərarların sərtliyindən birbaşa asılı olacaq".

Mənbə iddia edir ki, yoxlamalar əsasən Maliyyə Nazirliyi tərəfindən həyata keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru