Livandan Ermənistana muzdlu döyüşçü və terrorçular daşınır – Yeni faktlar açıqlanır

7-10-2020, 00:03           
Livandan Ermənistana muzdlu döyüşçü və terrorçular daşınır –
Livanın paytaxtı Beyrutdan Yerevana “Airbus A320” təyyarəsi istiqamət götürüb.

“İnfo24.ru” xəbər verir ki, layner “Flightradar 24” tərəfindən görüntülənib.

Təyyarədə Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə göndərməsi üçün nəzərdə tutulan muzdlu döyüşçülər daşınır.

“Bu hal Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarda Yaxın Şərq ölkələrindən gətirilən muzdlu döyüşçülərdən və terrorçulardan geniş istifadə etdiyini əyani formada bir daha göstərir. Həmin muzdular erməni hərbçilərlə birlikdə Azərbaycan Ordusuna qarşı döyüşürlər”, – “İnfo24.ru”nun məlumatında bildirilib/Report.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru