Bakıda nərə balıgi kababı, Yervanda isə erməni konyakı içməklə konflikt həll edənlər... - deputat
7-10-2020, 08:53

“Biz ATƏT-in Minsk Qrupunu MAKRONLAŞMAQdan uzaq durmağa çağırırıq”
Bunu Moderator.az-a millət vəkili, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli bildirib.
Əli Məsimli Moderator.az-a açıqlamasında bildirib ki, “BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamədə açıqca göstərilib ki, işğal olunmuş Azərbaycan əraziləri qeyd-şərtsiz azad edilməlidir. BMT ATƏT-in Minsk Qrupuna mandat vermişdi ki, bu qətnamələrin yerinə yetirilməsinə yönəlik fəaliyyət göstərsin. Lakin ATƏT-in Minsk Qrupu 30 ilə yaxın bir müddətdə Bakıda nərə balıgi kababı yeməyi, Yervanda isə erməni konyakı içməyi konfliktin ədalətli həlli mexanizmi tapmaqdan, haqq səsini ucaltmaqdan, təcavüzkarın yerində oturdulması üçün təsirli addımlar atmaqdan üstün tutdu….və sadövhcəsinə düşndülər ki,bu üsüulla Qarabağə Azərbaycan xalqına unutdurmaq mümkün olacaq. Ona görə də indi bu təşkilatların işğal olunmuş Azərbaycan əraziləri qeyd-şərtsiz azad edilmə missiyasını şanlı Azərbaycan əsgəri təmin edir.”
Əli Məsimlinin sözlərinə görə “Azərbaycan ordusu tərəfindən işğal olunmuş ərazilərin dairsi genişləndikcə düşmənin azğınlığı daha da artır.Cəzasızlıqdan şirniklənən Ermənistan 1992-ci ildə XOCALI SOYQIRIMI törətdiyi kimi, indi də faktiki olaraq ona bənzər hərbi cinayətini davam etdirir. Cəbhə bölgəsinə aid olmayan Gəncə, Mingçevir və digər şəhərlərimiz raket atəşinə tutulur. Ermənistan ərazisindən mülki hədəflərə və mülki şəxslərə zərbə vurmaq beynəlxalq hüquqa görə hərbi cinayətdir. Hərbi cinayətlərə isə Beynəlxalq Məhkəmələrdə baxılır və sərt qərarlar qəbul edilir. Ermnistanın cəbhə xəttindən çox uzaqlarda olan şəhərlərə zərbə vurmağa başlaması, “qırmızı bir xətti” keçmək deməkdir. Həmin raket zərbələri zamanı cəbhə bölgəsindən xeyli kənar ərazilərdə uşaqlar daxil olmaqla, bir çox dinc insan həlak olub. Bu bir daha göstərir ki, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı- sadəcə işğal yox, Xocalı soyqırımı törədən ana və uşaq qatillərinin davamçıları olan Paşinyanlar tərəfindən həyat keçirilən yeni qətlamdır.”
Əli Məsimli onu da bildirib ki, “müxtəlif ölkələrin liderləri,görkəmli ictiami-siyasi xadimlər, politoloqlar Ermənistanın müharibə bölgələri ilə heç bir əlaqəsi olmayan Azərbaycan ərazisində yaşayan mülki insanları bombalamaq üsullarından şokdadırlar və bu vandalizmi qətiyyətlə pisləyirlər.Rusiyalı siyasətçi və ictimai xadim Maksim Şevçenkonun Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə, Mingəçevir və Abşeronun atəşə tutulmasını Adolf Hitlerin taktikası ilə müqayisə edib.”
Millət vəkili öz açıqlamasında xüsusi vurğulamağı lazım bilib ki, “guman edirdik ki, BMT, ATƏT-in Minsk qrupu və digər qurumlar Ermənistan Silahlı Qüvvələri tərəfindən müharibə bölgələri ilə heç bir əlaqəsi olmayan Gəncə, Mingəçevir və Abşeronun atəşə tutulmasını və mülki əhaliyə qarşı törətdiyi terror hadisəni pisləyəcək və Azərbaycanın bu məsələ ilə bağlı haqlı mövqeyini nəzərə alaraq Beynəlxalq Məhkəmələrə müraciət edəcəklər. Bunun əvəzində oktyabrın 5-də ATƏT-in Minsk qrupuna daxil olan ölkələrin xarici işlər nazirləri necə deyərlər,”həmin dalğa, həmin koordinat” üzrə münaqişə tərəflərini dərhal və qeyd-şərtsiz atəşkəsi qəbul etməyə çağırış bəyanatı yaydılar.”
Əli Məsimli bildirib ki, “əvvəllər olduğu kimi,bu dəfə də ATƏT-in Minsk qrupu adından yaymlanan bu bəyanatda da işğalçı ilə işğala məruz qalan arasında heç bir fərq qoyulmur.Bu azmış kimi,nazirlər reallıqdan çıxış edərək birmənalı şəkilə Ermənistan ərazisindən Azərbaycanın münaqişə zonasından xeyli uzaq ərazilərində mülki obyektləri və əhalinin hədəf alan son hücumların təkcə bölgə üçün deyil,ümumiyytlə qlobal sabitlik üçün təhdiq olduğundan, qəbuledilməz bir təhlükə yaratdığını vurğulayaraq, pisləmək və hərbi cuinayət hesab olunan bu cür addımları dayandırmağı tələb etmək əvəzinə, dünya ictimaiyyətini aldatmağa cəhd edirlər. Əgər nəzərə alsaq ki,Ermənistan ərazisindən Azərbaycanın münaqişə zonasından xeyli uzaq ərazilər raket atəşinə tutulur və hələ ki, Azərbaycan bunun adekvat cavabnı vermir,yalnız xəbərdarlıq etməklə kifayətlənir, deməli nazirlər Azərbaycan tərəfinin də Ermənistan ərazizində mülki obyektlərin də hədəfə almasından danışanda,beynəlxalq ictimaiyyətə yalan məlumat verməklə ictimai rəyi çaşdırmağa çalışırlar.”Millət vəkili sual verir ki,”bu dərəcədə dezinformasiya nəyə lazımdır, kimə və nəyə xidmət edir?”
Əli Məsimlinin fikrincə, ən təhlükəli məqam budur ki, ”nazirlər Ermənistan ərazilərində mülki obyetlərin hədəfə alınmasından danşmaqla, dolayısı ilə həm də Dağlıq Qarabağın Ermənistan ərazisi olmasına eyham vururlar.Birincisi, bu ATƏT-in Minsk Qrupunu təmsil edən ölkələrin rəsmənAzərbaycanın ərazi bütövlüyünün tanıması barədə çoxsaylı bəyanatlarına kölgə salır.İkincisi Bununla da ATƏT-in Minsk qrupunu təmsil edən həmin nazirlər Fransa prezidenti Makronun Azərbaycandan Dağlıq Qarabağın müstqilliyinin tanınması kimi sərsəm tələbinə yaxın bir mövqe sərgiləmiş olurlar”
Ona görə də millət vəkili öz açıqlamasında bildirdi ki,yəqin ki, dünya ictimaiyyəti sentyabrın 27-dən bu yana Qarabağ ətrafında gedən diskussiyyalarda erməni tərəfinin yayadığı yalan qədər yalan eşitməmişdi. Səbəbi aydındır: Paşınyanlar məğlubiyyətlərini ört-basdır etmək üçün sərsəmləyir. Ermənistanın işğalı nəticəsində Azərbaycan tərəfindən 20 min insan həlak olub, 100 min insan,yaranıb,50 min insan şikəst olub,4 mindən çox insan itkin düşüb.Azərbaycana dətən ziyan yüz milyard dollarla ölçülür.Dağlıq Qarabağın ərazizi 4,4 min km olmaqla, Azərbaycan ərazisinin 5 fazini təşkil edir.Ermənistan tərəfindən işğal olunmuş ərazilər isə Azərbaycan ərazisinin 20 faizi qədərdir. Paşinyanlar bütün bu əraziləri Dağlıq Qarabağ kimi qələmə verməklə beynəlxalq icimaiyyəti çaşdırmaq yolu tutub. Bəs dünya sivilizasiyasında önəmli yeri olan Fransa kimi qosqoca bir dövlətin başçısı Makronun yalan danışmaqda Paşınyanı belə kölgədə qoymasına nə vadar edir və buna nə ad vermk olar?”
Əli Məsimli sonda əlavə edib ki, ATƏT-in Minsk Qrupunun fəaliyyətinə münasibətdə biz təəccüblənməyi çoxdan yadırğamışıq, amma ara bir təəssüflənirik ki, nazirlərin bu bəyanatı Makron kimi siyasi riyakarların anti-azərbaycan isterikasının məhsuluna yaxın bir mövqe sərgilənməsidir.Hər bir müharibə sonda sülh müqaviləsi ilə yekunlaşır, bu Qarabağ müharibəsinə də aiddir. Biz istyirik ki, bu,ədalətli sülh olsun. Sözügedən bəyanatda deyilir ki, “həmsədr ölkələr Minsk Qrupuna üzv ölkələrin dəstəyi ilə ATƏT-in və beynəlxalq ictimaiyyətin onlara həvalə etdiyi mandatı tam şəkildə yerinə yetirməkdə qətiyyətlidirlər”. Təbii ki, ATƏT-in Minsk Qrupunun 30 illik fəaliyyətinin nəticələri baxımından yumşaq desək, bu inandırıcı görünmür.Bununla belə həmin cümlənin altından imzalarını atmış nazirlər öz imzalarına hörmət edəcəklərsə, onda biz ATƏT-in Minsk qrupunu MAKRONLAŞMAQdan uzaq durmağa, öz fəaliyyətlərini BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamədə göstərildiyi kimi, işğal olunmuş Azərbaycan əraziləri qeyd-şərtsiz azad edilməsi tələbinin yerinə yetirməyə və bu işdə İngiltərə və Almaniya parlamentlərinin işğal olunmuş Azərbaycan əraziləri qeyd-şərtsiz azad edilməsi barədə qərarlarından nümunə götürməyə çağırırıq!Bundan ötrü digər şərtlərlə yanaşı, həm də Makronun sərsəm bəyanatları ilə maskası tam cırılaraq, tərəf tutmaq kimi ATƏT-in Minsk qrupunu təmsil etmək haqqını itirmiş Fransanın həmin qrupdan kənarlaşması və Türkiyənin Minsk qrupuna cəlb edilmsi bu qurumun fəaliyyətinin “turist səfərləri klubu” səviyyəsindən regionda sülhün,haqq-ədalətin bərpası, sabitliyin təminatı kimi şərəfli bir missiyyanın həyata keçirmə qabiliyytli və bəyanatda deyildiyi kimi, “ATƏT-in və beynəlxalq ictimaiyyətin onlara həvalə etdiyi mandatı tam şəkildə yerinə yetirməkdə qətiyyətli” bir quruma çevrilməsinə xidmət etmiş olar”.