"Cəbhə bölgəsinin İcra başçılarının ambarları yardımla doludur, amma səngərə nədənsə çatmır"- Nurəddin Xoca Ali Baş Komandana müraciət etdi
11-10-2020, 19:48

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarına
Azərbaycan Hərbi Prokuroru Xanlar Vəliyevə
Cənab Ali Baş Komandan, bu gün dövlətimizin apardığı müharibə sizin adınızla bağlıdır!
Bütün xalq sizin arxanızda yumruq kimi birləşib və ancaq ordumuza zəfər diləyir. Dövlətimizin, şəxsən sizin və xalqın orduya, əskərlərə diqqəti göz qarşısındadır. Lakin bu diqqət nədənsə səngərlərdə olan əskərlərə çatmır!
Cənab Ali Baş Komandan cəbhə bölgəsində olan rayonların İcra Hakimiyyətlərinin ambarları Dövlətimizin və Xalqımızın göndəırdiyi kömək və yardım ilə ağzı ba ağız doludur. Amma nədənsə bura bütün yardımlar girsədə onların hara çıxdığı məlum deyil.
Bərdə, Tərtər, Fizuli cəbhəsini şəxsən gəzmişəm. Arxa cəbhə Təminat və Təchizat şöbəsi çox pis işləyir. Nədənsə cəbhə bölgəsinin İcra Hakimiyyətləri anbarlarını yardımlarla doldursalarda səngərdəki əskərlərə bunun cüzi miqdarı çatır, o da çatsa. Mən şəxsən görmədim!
Cənab Ali Baş Komandan vuruşan əskərlərin yaxınlığında səyyar camaşırxana, hamam olmalıdır.Bunalrın heç biri yoxdur. Arxa Cəbhə təchizat və Təminat şöbələri belə şeyləri heç fikirləşmir. Bu gün əskərlərimiz "Prezident deməyincə heç nə bitməyb!" deyərək irəli gedirlər. Amma .....
Cənab Ali Baş Komandan əskərlər hər 2 gündən bir corab və alt camaşırlarını dəyişərək tullayırlar. Çünki Arxa cəbhə Təminat və Təchizat şöbəs işləyə bilmir. Səyyar hamam və camaşırxanalar yoxdur. İndi fikirləşin, bəs bunlar nə geyinməlidirlər?
Arxa cəbhənin ambarlarının bütün bunlarla dolu olmasına baxmayaraq ( Dövlətin və xalqın əzmkarlğı ilə) bunlar səngərlərə çatdırılmır.
Cənab Ali Baş Komandan lütvən hamımızdan xəbərsiz cəbhə bölgəsinin İcra Başçılarının ambarlarını yoxlatdırın!
O anbarlara yığılan kimlər üçündür, cəbhə üçündürsə niyə səngərlərə çatdırılmır?
Bərdə, Tərtər, Ağdam, Goranboy, Fizuli, Beyləqan və ilaxır rayonlarının İcra başçılarının ambarları cəghə xəttinə daşınmalıdır.
Cənab Ali Baş Komandan bu gün Dövlətin, Xalqın, Millətin tək lideri sizsiniz və biz sizion arxanızda bir yumruq kimi qələbəyə doğru gedirik. İcazə vermətyın ki, kimlərsə bizim əskərlərin, şəhid və qazulərin haqqına girib sərvət qazansın!
Teref.az saytının baş redaktoru
2 qrup Qarabağ əlili və cəbhədə savaşan hər bir əskərin atası Nurəddin Xoca