Müharibə Veteranı qadınlarına Sosial Yardım İctimai Birlinin ATƏT-in Minsk qrupunun fəaliyyətinin Azərbaycanda dayandırılması haqda Bəyanatı
24-01-2016, 20:56
Müharibə Veteranı qadınlarına Sosial Yardım İctimai Birlinin ATƏT-in Minsk qrupunun fəaliyyətinin Azərbaycanda dayandırılması haqda
Bəyanatı
2013-cü ilin sentyabr ayında Soyqırıma və Terrora Qarşı QHT Koalisiyası olaraq biz ATƏT-in Mins qrupunun fəaliyyənin Azərbaycanda dayandırılması üçün konfrans kerirərək bəyanat yaydıq. O zaman cəmiyyətimiz buna reaksiya vermədi. Acı nəticələrdə göz önünüdədir. Bələdiyyələrin İnkişafına Yardım ictimai birliyinin sədri Niyaməddin Orduxanlının Misk qrupundan imtinaya səsləməsi məni yenidən bu mözuya dönməyə məcbur etdi. ATƏT-in Minsk Qrupuna həmsədrlik edən hər üç dövlətin ermənipərəst siyasət yürütməsi onların nə zamansa Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində maraqlı olacaqlarına və bu istiqamətdə fəaliyyət göstərəcəklərinə ümid yaratmır. Həmsədr dövlətlərdən biri - Rusiya Ermənistanın hərbi-siyasi müttəfiqidir, digər həmsədr dövlətlərin - ABŞ və Fransanın siyasi elitası isə erməni diasporunun təsiri və nəzarəti altındadırlar. Bu qurumdan ədalətli mövqe gözləməyə dəyərmi?! Niyaməddin bəyin bu sualına mən bir QHT rəhbəri olaraq döyüşçü qadınların adından cavab verirəm ATƏT-in Minsk qrupu Azərbaycan torpaqlarının erməni və rus işğalından azad edilməsinə maraqlı deyil. 1992-ci ildə Qarabağ ərazisinin işğalında Rusiyanın 366-cı alayı Ermənisatan ordusu ilə birlikdə silahsız Azərbaycan əhalisinə qarşı təcavüzdə iştirak edib. Münaqişənin davam etdirilməsi və zamanla Azərbaycanın işğal edilmiş ərazilərinin Ermənistan dövlətinə verilməsi üçün çalışırlar. Elə buna görədə biz öz torpalıarımızı azad etmək məcburiyyətindəyik. Bu bizim şərəf işimizdir. İndiki nəslin bu problemi gələcək nəslə təhvil verməsi faciədir. MVQSYİB hesab edir ki, Azərbaycan hökuməti xalqın adlndan çıxış edərək ATƏT-in Misk qrupunun fəaliyyətindən imtina etməlidir. Yetər 26 illik gözləmə mövqeyi!!!
MVQSYİB-nin sədri Radə Abbas