Orduya kömək etmək istəyiriksə 3 M qaydalarına riayət edək....

16-10-2020, 00:04           
Orduya kömək etmək istəyiriksə 3 M qaydalarına riayət edək....
Əziz dostlar, virus bitməyib, amansız xəstəlik davam edir, can alır, həkimlərimizi məşğul edir. Ordumuzun apardığı Vətən Müharibəsi zamanı hamımız uğurlara sevinirik, amma virus yayılsa bu həm ölkəmizə, həm əsgərimizə təhlükədir - ailəsindən kiminsə virusa yoluxduğunu öyrənən əsgər narahat, fikirli olacaq, vurus yayılsa həkimlərimiz əsgərimizə kömək etməli halda viruslu xəstələrə daha çox vaxt ayırmağa məcbur qalacaq.
Teref.az xəbər verir ki, bunu ReAl-fəalı politoloq Natiq Cəfərli yazır. Daha sonra Natiq bəy yazır:
Çox sadə qaydalar var - gəlin adını yadda qalsın deyə 3M qaydası qoyaq: Maska, Məsafə, Məhlul (dezinfeksiya məhlulu).
Əgər bu gün Ordumuza, Əsgərə kömək etmək istəyiriksə 3M Qaydasına əməl edək! Əgər karantin sərtləşsə iqtisadiyyat daha çox zəifləyəcək - Qaləbə bahalı nemətdir, bizə bundan sonra daha çox vəsait, daha güclü iqtisadiyyat lazım olacaq.
Qələbədən sonra büdcə oğurluğu, korrupsiya xəyanət hesab olunmalıdır, Qələbədən sonra effektiv idarəetmə modeli şərtdir! Yoxsa SSRİ-nin taleyini yaşaya bilərik - SSRİ müharibəni uddu, amma bərbad idarəçilik sisteminə görə cəmi 45 ildən sonra tarixə qovuşdu, məğlub etdiyi Almaniyadan pul dilənməyə, mal-məhsul almağa məcbur oldu, iqtisadi olaraq Almaniyadan onlarla dəfə geri qaldı!
Qələbədən sonra indiki iqtisadi və siyasi modeli mütləq dəyişməli olacağıq - bu işdə də əlimizi daşın altına qoyub hakimiyyətlə birgə yeni Yol Xəritəsi işləyib hazırlaya bilərik!
Qələbə bizim olacaq! Qələbədən sonra Azərbaycan daha güclü olmağa məhkumdur!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.