" Karqo Şamil" kimi tanınan Şamil Heydərov məhkəməyə müraciət etdi

19-10-2020, 16:37           
" Karqo Şamil"  kimi tanınan Şamil Heydərov  məhkəməyə müraciət etdi
“Çin Karqo” şirkətinin sahibi Şamil Heydərov “Yeni Sabah” saytına qarşı Nərimanov rayon məhkəməsində iddia qaldırıb.

İş adamı müraciətində 2020-ci il sentyabrın 15-də Yenisabah.az saytında başqa bir xəbər saytına istinadla yayımlanmış “Ramiz Mehdiyevin biznes imperiyası: Kimlərlə şərik imiş?” başlıqlı yazıda şərəf və ləyaqətinin, işgüzar nüfuzunun ləkələndiyini bildirib, bununla bağlı təkzib verilməsini və həmçinin saytın 50 min manat cərimə olunmasını tələb edib.

Bildirək ki, sözügedən yazı saytda dərc olunandan sonra Ş. Heydərovun nümayəndəsi redaksiya ilə əlaqə saxlayaraq bu haqda açıqlama vermək istədiklərini bildirib. Qarşı tərəf olaraq iş adamının açıqlaması saytda dərc edilib.

İddia ərizəsinə oktyabrın 27-i saat 11-də hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçiriləcək iclasda baxılacaq.
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru