Konstitusiya Məhkəməsi Milli Məclisə müraciət etdi - SƏBƏB

26-11-2020, 00:00           
Konstitusiya Məhkəməsi Milli Məclisə müraciət etdi - SƏBƏB
Konstitusiya Məhkəməsi Plenumu İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsini Milli Məclisə tövsiyə edib.

Teref.az xəbər verir ki, bu, Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şikayət verən şəxsin yaşayış yeri müddəasının şərh edilməsinə dair konstitusiya işi ilə bağlı qəbul etdiyi qərarda əksini tapıb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilməlidir. Ancaq İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir. /APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru