Şəhid Milli Qəhrəmanın 50 illiyi qeyd edildi....

22-02-2021, 18:04           
Şəhid Milli Qəhrəmanın 50 illiyi qeyd edildi....
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi Şəhidimiz Tahir Həsənov doğum günüdür.
Yaşasa idi 50 yaşı olcaqdı! Ruhu şad olsun!
Həsənov Tahir Tofiq oğlu 1970-ci il fevralın 22-də Bakı şəhərinidə doğulmuşdur. 1987-ci ildə Nəsimi rayon 23 saylı orta məktəbi bitirmişdir. 1988-ci ildə hərbi xidmətə çağırılmış 1990-cı ildə xidmətini başa vurmuşdur. 1990-cı il Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdur. Ermənilər tarixi Azərbaycan torpaqlarına hücum etdiyi zaman ailənin tək uşağı olmasına baxmayaraq ikinci kursda təhsilini yarıda qoyur və könüllü olaraq vətənin müdafiəsinə qalxır.
Tahir əsgərlikdə olarkən desant olduğu üçün onu kəşfiyyat qrupuna komandir təyin edirlər. Tahir Həsənov Ağdərə, Başkənd, Meşəli, Çıldıran əməliyyatlarında qəhrəmancasına vuruşmuşdur. 1992-ci il 2 sentyabrın 2-də (22 yaşında) Çıldıran yüksəkliyindən uğurlu əməliyyatdan dönən kəşfiyyatçılar erməni silahlıları ilə döyüşə girirlər erməni faşistlərinin onları əsir götürmək niyyəti baş tutmur Tahir son anda özünü qumbara ilə partladaraq özü ilə bərabər neçə-neçə erməni quldurunu məhv edir. 1992-ci il, 29 sentyabr tarixində şəhidimiz Bakıya gətirilərək, Şəhidlər xiyabanında dəfn olunub.
Subay idi.
Azərbaycan Respublikası prezidentinin 19 oktyabr 1992-ci il tarixli 273 saylı fərmanı ilə Həsənov Tahir Tofiq oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Təhsil aldığı 23 saylı orta məktəb qəhrəmanımızın adını daşıyır.
Hər il olduğu kimi bu ildə Tahiri ad günündə dostları və silahdaşları şəhidlər xiyabanında və evindı yad ediblər!
Ruhu şad olsun!
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.