Azərbaycanda hökumət şikayətçilərə 114500 manat ödəyəcək - Avropa Məhkəməsinin qərarları tələb edir

13-03-2021, 09:17           
Azərbaycanda hökumət şikayətçilərə 114500 manat ödəyəcək -

Cümə axşamı günü Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan hökümətinə qarşı yeddi şikayət üzrə qərarlarını elan edib.

Bəzi işlər üzrə Azərbaycan hökuməti kompensasiya ödəməli olub və bəzi işlərdə isə dövlət şikayətçilərlə anlaşıb onlara pul ödəməyə razılaşıb.

Bütün qərarlar üzrə hökumət ərizəçilərə ümumilikdə 114 min 500 manat (56 300 avro) təzminat ödəməlidir.


Məhkəməyə müraciət edənlərdən əksəriyyətinin şikayətində ədalətli məhkəmə araşdırması ilə bağlı şikayət edilib və məhkəmə bu hüququn pozulmasını tanıyıb.

Şikayət edənlərdən on nəfər dini toplantı keçirdikdə saxlandıqlarını və pis rəftarla üzləşdiklərini bildiriblər və hökümət onlarla razılaşıb. Bu iş üzrə dövlət ərizəçilərin hər birinə 3750 avro (cəmi 37 min 500) təzminat ödəməlidir.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət heyyətinin üzvü Ayaz Məhərrəmli deyir ki, yaxın günlərdə onun da şikayəti barədə hökümət razılıq təklif edib.

O iddia edib ki, 2018-ci ildə siyasi fəliyyəti ilə əlaqədar olaraq onun ölkədən çıxışına qanunsuz qadağa qoyulub.

Dəfələrlə rəsmi qurumlara müraciət etsə də, problem həllini tapmayıb və məhkəmə də onun işini həll etməyib.

Bundan sonra o Avropa İnsan Haqları Məhkəməsinə üz tutub.

Xalid Ağəliyev BBC News Azərbaycancaya deyib ki, Avropa İnsan Haqları Məhkəməsinin əhatə etdiyi məkanda Azərbaycan seçki hüququnun pozuntusu ən çox baş verən ölkədir.

Bundan əlavə Azərbaycan siyasi motivli həbslər məsələsində də Avropa məkanında birinci ölkədir.

Cənab Ağaliyev deyir ki, son 20 ildə bu siyasi motivli həbslərlə bağlı Avropa İnsan Haqları məhkəməsi üçumi 18 qərar çıxarıb ki, onlardan 50 faizi Azərbaycanın əlehinə çıxarılıb. Qalan 9 qərar isə məhkəmənin əhatə etdiyi 50 ölkə barədə olan qərarlardır.

Avropa Məhkəməsi indiyə kimi Azərbaycan haqqında təqribən 270-ə yaxın qərar çıxarıb.

Milli Məclisin İnsan Haqları Komitəsinin sədri Zahid Oruc deyir ki, nə qədər insanın məhkəmə qərarlarını düzgün, ədalətli hesab etməsini görmək, dinamikanı izləmək mümkün olmayıb.

Cənab Oruc bildirib ki, Azərbaycanda məhkəmə sistemində çatışmazlıqların obyektiv və subyektiv səbəbləri var.

O bunlar arasında hakimlərin iş yükünün çox olması, ekspertiza problemləri, müstəqil ekspertizanın yoxluğu, məhkəmələrin tək dövlət orqanlarının yox, eləcə də ayrı-ayrı şəxslərin, biznes cəmiyyətlərinin, nüfuzli insanların təsirinə məruz qalması kimi amillər olduğunu bildirib.

Millət vəkili Zahid Oruc hesab edir ki, Azərbaycanda məhkəmə islahatlarının davam etdirilməsi son dərəcədə zəruridir. O bildirib ki, 2019-cu ildə Prezidentin Məhkəmə sahəsində İslahatların dərinləşdirilməsi fərmanını bu işlərdə mühüm addım hesab etdiyini deyib.

O bildirib ki, Avropa İnsan haqları Məhkəməsinə göndərilən şikayətlərin hər birini ayrıca analiz etmək lazımdır.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.