RÖVŞƏN ƏKBƏROVUN İŞ ADAMINI QƏTLƏ YETİRMƏSİNİN ŞOK DETALLARI... - Keçmiş Komitə sədri Nazim İbrahimov bu qətldən xəbərdar olub, amma...

16-03-2021, 16:12           
RÖVŞƏN ƏKBƏROVUN İŞ ADAMINI QƏTLƏ YETİRMƏSİNİN ŞOK DETALLARI... -
Muxalifet.az xatırladır ki, Rövşən Əkbərov tərəfindən qətlə yetirilən iş adamı Elçin Əliyevin anası Samaya Əliyeva illər öncədən bu haqda mətbuata çoxsaylı mühsaibələr versə də, indiyədək onun açıqlamalarına əhəmiyyət verilməyib. Samaya xanımın 2010-cu ildə redaksiyamıza verdiyi müsahibədən bəzi epizodları təqdim edirik:
“Rövşən Əkbərovu müdafiə naziri olmağa qoymayacağıq. O, 2001-ci ildə onlarla adamın gözü qarşısında Ukraynanın paytaxtı Kiyev şəhərində yeganə oğlum Elçin Əliyevi öldürüb. Ukraynadakı Azərbaycan səfirliyinin komendantı Qüdrət Əhmədov da ona kömək edib. Bundan sonra Rövşən Əkbərov Azərbaycana qaçıb. Bu işdə səfirlər Nazim İbrahimovun, Tələt Əliyevin də əlləri var. Onlar da oğlumun qanının batırılmasında iştirak ediblər”.
S.Əliyeva deyib ki, Ukrayna hüquq-mühafizə orqanlarının həyata keçirdiyi istintaq hərəkətləri ilə Rövşən Əkbərovun onun oğlunu öldürməsi tam sübuta yetirilib. Sadəcə, Rövşən Əkbərov Azərbaycana qaçıb gəldiyindən onu istintaqa cəlb etmək mümkün olmayıb. Buna görə də 2003-cü ildə Ukrayna Baş Prokurorluğu cinayət işinin qovluğunu Azərbaycan Baş Prokurorluğuna təqdim edib və Rövşən Əkbərovun cinayət məsuliyyətinə cəlb olunmasının tövsiyə edib. İş materialları Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə göndəriləndən sonra iş üzrə 10-a yaxın müstəntiq dəyişdirilib. Lakin Ukrayna prokurorluğunun tövsiyəsi bu günə kimi öz həllini tapmayıb. S.Əliyeva məsələ ilə bağlı bütün dövlət orqanlarına, ölkə başçısına yazdığı məktubların da cavabsız qaldığını deyir: “Rövşən Əkbərov qatı cinayətkardır. O, müdafiə naziri olsa, başqalarının övladlarını da öldürəcək. Onun müdafiə naziri olmasına imkan verməyəcəyik. Ölkə rəhbərliyindən xahiş edirik ki, onu nazir təyin etmək əvəzinə həbs etməsinə fərman versin”.
Qeyd edək ki, bu faktla bağlı ölkə qəzetləri dəfələrlə yazıblar. Mərhum Elçin Əliyevin isə o zamanlar Azərbaycanın Ukraynadakı səfiri olan Nazim İbrahimovla yaxın dost olması haqqında məlumatlar var.

Fotoda qətlə yetirilən iş adamı Elçin Əliyev
**

Milli Qəhrəman, ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun həbsinin səbəbləri məlum olub.

Belə ki, o, qəsdən adam öldürmə maddəsi ilə ittiham edilir.

Belə ki, R.Əkbərov bir neçə il bundan əvvəl Ukraynada qətl törədib. Bu iş üzrə o, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb və Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

R.Əkbərovun cinayət işinin ibtidai istintaqı Baş Prokurorluğun İstintaq İdarəsində aparılır.

Ona qarşı digər ittihamların irəli sürülüb-sürülməyəcəyi məlum deyil.

Qeyd edək ki, R.Əkbərov Bakı və Şəmkir Ordu korpuslarının komandanı olub. 2020-ci ildə müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb.

***

Baş Prokurorluq ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun həbs edilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qurumun mətbuat xidmətindən bildirilib ki, Rövşən Əkbərovun həbsi barədə yayılan xəbərlər doğrudur. Rövşən Əkbərov Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan cinayət işi üzrə həbs olunub.

Qeyd olunub ki, ictimaiyyətə daha sonra ətraflı məlumat veriləcək.

***

General-leytenant Rövşən Əkbərov həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Onun hansı səbəbdən saxlanılması ilə bağlı hələlik məlumat yoxdur.

Qeyd edək ki, R.Əkbərov Bakı və Şəmkir korpuslarının komandiri olub.

***

"Qafqazinfo"nun məlumatına görə, bir müddət əvvəl ordudan ehtiyata buraxılan Rövşən Əkbərov qəsdən adam öldürmədə ittiham olunur. Bu barədə vaxtilə mətbuatda məlumatlar da yer alıb.

Dövri mətbuatda vaxtilə yayılan məlumatlara görə, cinayət hadisəsi 19 il əvvəl Ukraynanın paytaxtı Kiyevdə baş verib.

Məlumata görə, Rövşən Əkbərov Kiyevdə iş adamı Elçin Əliyevi şəxsi münasibətlər zəminində qətlə yetirib. Vaxtilə ilə mətbuatda yayılan məlumatlara görə, azərbaycanlı iş adamının ürək nahiyəsinə hərbi bıçaqla zərbələr endirilmişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.