Əgər bu məlumat ölkə əhalisini qorxudaraq növbəti qapanma üçündürsə, bu multfilmdir,
19-03-2021, 07:59
Teref.az xəbər verir ki, politoloq Natiq Cəfərli Azərbaycanda "britaniya" ştammının aşkar edilmısinə dair gedən xəbərlərə münasibıt bildirib. Natig Jafarli yazır: "Rəsmi məlumatda deyilir ki, "britanski" virusa ölkəyə yaxın günlərdə səfər etmiş 3 nəfərdə aşkarlanıb, suallar: 1) AZAL-ın daxili və ölkənin qaydalarına görə uçağa ancaq mənfi testi olan insanlar buraxılır, 2) Əgər belədirsə, o 3 nəfər yoluxmuş təyyarəyə necə minib, 3) Belə çıxır ki, AZAL və Operativ Qərargah öz işini yaxşı görmür, xaricdə edilən testlər fiksiyadır, o zaman hansı ölkədə elə geydirmə test edilib, niyə açıqlanmır, 4) Yox, əgər testlər doğru aparılır və nəzarət güclüdürsə, o 3 nəfərin harda və necə yoluxması haqqında niyə məlumat yoxdur, 5) Əgər bu məlumat ölkə əhalisini qorxudaraq növbəti qapanma üçündürsə, bu multfilmdir, dürüst olun, çıxın deyin ki, əcəb edirik, kefimiz qapanmaq istəyir, biz də deyək ki, halal olsun, mən ölüm lotusunuz..."- deyə Natiq Cəfərli yazıb...