“Azərbaycan bundan çox yararlana bilər” - Brenda Şafer

24-06-2021, 00:08           
“Azərbaycan bundan çox yararlana bilər” -
“Qərbdə neft-qaz şirkətlərinə böyük təzyiq var ki, ətraf mühiti nəzərə alsınlar. Azərbaycan bundan çox yararlana bilər”.

Cebhe.info xəbər verir ki, bunu enerji məsələləri üzrə tanınmış beynəlxalq ekspert Brenda Şafer deyib.

“Enerji qiymətləri 10 ilin rekordlarını vurub. Son dəfə 13 il öncə belə qiymətlərlə rastlaşmışdıq. “Brent” markalı neftin qiyməti artıq 75 dollara yüksəlib. Məncə, qiymət düşəndən sonra yenə də qalxacaq. Bazar göstərir ki, tələbat güclüdür.

Bu, Avropa və ABŞ-dan kənar ölkələr üçün imkandır. Bir çox böyük şirkətlər guya istehsallarının azaldığını və ətraf mühitə önəm verirlərmiş kimi göstərmək üçün avadanlıqlarını satırlar. Digər dövlətlər üçün isə bu gözəl imkandır.

Təbii ki, əvvəl-axır yeni texnologiyalar erasına daxil olacağıq, hansı ki, neft və qazdan istifadə etməyəcək. Bəlkə də, 40-50 il sonra. Amma o vaxta kimi, neft və qaza çox tələbat olacaq. Enerji transformasiyası texnologiyaya görə yox, siyasi dəyişikliklərə görə baş verir”, - deyə ekspert əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru