Bir şəklin tarixcəsi: " BTR-82-i ilə düşmən BMP-2 sini taran edən oğullar..."
28-06-2021, 07:03
Teref.az xəbər verir ki, qazi Zaur Hətəmov bu şəklin tarixçəsini belə nəql edir: Müharibənin 2 ci günü idi, dostlarım jurnalist Səxavət Məmməd , Aqil Sefereliyev , Rəşad Əliyevlə birgə təhlükəni nəzərə almadan Ağ Uçuq adlanan ərazinin yaxınlığına qədər getmişdik.Ağır döyüşlər gedirdi.Aqil hərbçilərdən dostu Manafı soruşdu, yaralandığını, Naftalanda hospitalda olduğunu dedilər. Təcili ora yönəldik. Manaf ağır kantuziya almışdı. Amma huşu özündə idi. Telefonunda bu görüntünün şəklini göstərib dedi ki: - bu müharibə 2 gündü başlayıb, hələ necə nəticələnəcək məlum deyil! Amma bu döyüş epizodu tarixə qızıl hərflərlə düşəcək! Doğrudan da elə oldu! Belə ki, düşmən BMP-2 si qəflətən atəş açaraq mövqeyimizə soxulur. Əsgərimiz soyuqqanlılıqla sıçrayıb BTR-82 nin sükanı arxasına keçib düşmən maşınına tərəf tam sürətlə hərəkət edir. Tuşlayıcı-operator yox, maşın komandiri yox...., Özü ,bəli tək özü tarana getməyə qərar verir! Müharibələrdə ,tarançı kamikadzelərin təməlini yaponlar qoysa da bu şücaəti 2020 ci ildə Azərbaycan döyüşçüsü davam etdirdi!