"Ermənistanla sülh sazişinə hazırıq" - VİDEO
13-11-2021, 09:28

MDB Dövlət Başçıları Şurasının növbəti iclası baş tutub.
Koronavirus pandemiyası səbəbindən hökumət başçılarının bu dəfəki iclası videokonfrans formatında keçirilib.
Görüş zamanı koronavirus infeksiyasına qarşı mübarizə və Birlik üzvü olan ölkələrin iqtisadiyyatlarının pandemiyadan sonrakı dövr üçün bərpasına dair mövzular müzakirə olunub.
İclasda çıxış edən Azərbaycanın baş naziri Əli Əsədov Azərbaycan-Ermənistan münasibətlərinin cari vəziyyətinə toxunub.
Baş nazir çıxışı zamanı bildirib ki, Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmağa və sülh sazişi imzalamağa hazırdır.
Baş nazir qeyd edib ki, Azərbaycan heç vaxt xarici ərazilərə iddialı olmayıb, lakin öz torpağının bir qarışını heç kimə verməz.
Ə.Əsədov məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz qayıtmasını ölkə qarşısında duran mühüm vəzifələrdən biri adlandırıb.
Qeyd edək ki, MDB Dövlət Başçıları Şurasının növbəti iclası 2022-ci ilin mayında Nur-Sultanda keçiriləcək.