Məcburi müalicə təyin edilən şəxsə nəzarət edəcək icra məmurunun funksiyaları müəyyənləşib

19-11-2021, 16:36           
Məcburi müalicə təyin edilən şəxsə nəzarət edəcək icra məmurunun funksiyaları müəyyənləşib
Məcburi müalicə təyin edilmiş şəxs üzərində nəzarəti həyata keçirən icra məmurunun funksiyaları müəyyənləşib.

“Report” xəbər verir ki, məcburi müalicə təyin edilmiş şəxs üzərində nəzarəti həyata keçirən icra məmuru aşağıdakı səlahiyyətləri həyata keçirəcək:

- azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilmiş şəxsin polis əməkdaşları tərəfindən müəssisəyə təhvil verilməsində iştirak etmək;

- məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə nəzarət etmək məqsədilə 3 ayda bir dəfədən az olmayaraq İTM-ə baş çəkmək, həmin şəxslə, İTM-in rəhbərliyi və müalicə həkimi ilə görüşüb söhbətlər aparmaq və bu barədə protokol tərtib etmək, habelə ayda bir dəfədən az olmayaraq İTM-in rəhbərliyi və ya müalicə həkimi ilə əlaqə saxlayaraq məhkəmə qərarının icrası və məcburi müalicə təyin edilmiş şəxsin vəziyyəti barədə məlumat almaq və bu barədə protokol tərtib etmək;

- məcburi müalicə təyin edilmiş şəxsin məcburi müalicə ilə bağlı ərizə və şikayətlərini qəbul etmək, həmin müraciətlər üzrə müvafiq tədbirlər görmək;

3.1.4. məcburi müalicə təyin edilmiş şəxs barəsində məhkəmə

qərarının tələblərinin yerinə yetirilməsinə nəzarət etmək, bu məqsədlə

İTM-dən zəruri məlumatları sorğu vasitəsilə əldə etmək;

3.1.5. məcburi müalicə təyin edilmiş şəxsin İTM-ə qəbulu,

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 yanvar

tarixli 20 nömrəli Qərarı ilə təsdiq edilmiş “İxtisaslaşdırılmış tibb

müəssisələrində məcburi müalicənin Şərtləri və Qaydaları”nın

2.6-cı bəndinə uyğun olaraq İTM-dən qısamüddətli çıxmasına icazə

verilməsi, habelə şəxsin müalicədən boyun qaçırması, müəssisədən

qaçması və ya digər hüquq pozuntusuna yol verməsi halları barədə

dərhal məlumat almaq, müəssisədən qaçmış və olduğu yer məlum

olmayan həmin şəxsin axtarışı ilə bağlı bu Qaydanın 4-cü hissəsində

nəzərdə tutulmuş tədbirlər görmək;

3.1.6. məcburi müalicə təyin edilmiş şəxs müalicə müddətində

inzibati xəta törətdikdə inzibati xətaya baxmaq səlahiyyəti olan

orqana, cinayətin əlamətlərini əks etdirən əməllər törətdikdə aidiyyəti

üzrə cinayət prosesini həyata keçirən orqanlara (təhqiqat, istintaq və

ya prokurorluq orqanlarına) məlumat vermək;

3.1.7. bu Qaydanın 5.1.1-5.1.3-cü yarımbəndlərində göstərilən

hallarda nəzarət işi üzrə icraatı dayandırmaq və müvafiq hallar aradan

qalxdıqda icraatı təzələmək;

3.1.8. məcburi müalicə ləğv edildikdə və ya məcburi müalicə

təyin edilmiş şəxs məcburi müalicədən vaxtından əvvəl azad edildikdə

nəzarət işinə xitam vermək və bu barədə səlahiyyətli məhkəməni

məlumatlandırmaq.

3.2. Məcburi müalicə təyin edilmiş şəxs üzərində nəzarəti

həyata keçirən icra məmuru məhkəmə qərarının tələblərinin pozulmasını, habelə məcburi müalicə təyin edilmiş şəxsə qarşı törədilmiş

qanunsuz hərəkət və hərəkətsizliyin baş verməsini aşkar etdikdə,

cinayətin əlamətlərini əks etdirən əməllər haqqında cinayət prosesini

həyata keçirən orqanlara (təhqiqat, istintaq və ya prokurorluq

orqanlarına), digər hüquq pozuntularına yol vermiş İTM əməkdaşları

barəsində isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə

məlumat verməyə və bu barədə bu Qaydanın 3.1.2-ci yarımbəndində

nəzərdə tutulmuş protokolda qeyd aparmağa borcludur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.