“Media haqqında” qanun layihəsinin tam mətni - 2 ci hissə
10-12-2021, 18:43

47.1.10. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə tənzimlənən və Şuranın səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək;
47.1.11. audiovizual media sahəsində inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat vermək;
47.1.12. Şuraya ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
47.1.13. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;
47.1.14. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, veb-saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;
47.1.15. Şuranın strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək;
47.1.16. Şuranın fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;
47.1.17. bu Qanundan irəli gələn digər vəzifələri yerinə yetirmək.
47.2. Öz vəzifələrini yerinə yetirmək üçün Şuranın aşağıdakı hüquqları vardır:
47.2.1. audiovizual media sahəsində normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;
47.2.2. audiovizual media sahəsi üzrə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;
47.2.3. audiovizual media sahəsi üzrə dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
47.2.4. Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;
47.2.5. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;
47.2.6. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;
47.2.7. bu Qanundan irəli gələn digər hüquqları həyata keçirmək.
Maddə 48. Şuranın fəaliyyətinin idarə olunması
48.1. Şura sədr də daxil olmaqla 7 (yeddi) üzvdən ibarət tərkibdə fəaliyyət göstərir.
48.2. Şuranın üzvləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.
48.3. Üzvlərin səlahiyyət müddəti 5 (beş) ildir. Eyni şəxs ardıcıl olaraq iki dəfədən artıq Şuranın üzvü ola bilməz.
48.4. Aşağıdakı şəxslər Şuranın üzvü ola bilməzlər:
48.4.1. ali təhsili olmayanlar;
48.4.2. ikili vətəndaşlığı və ya başqa dövlətlər qarşısında öhdəliyi olanlar;
48.4.3. dövlət orqanlarında (qurumlarında) ödənişli, seçkili və ya təyinatlı vəzifə tutanlar, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olanlar;
48.4.5. din xadimləri;
48.4.6. fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edilmiş şəxslər;
48.4.7. ağır və xüsusilə ağır cinayətlərə görə məhkumluğu üzərindən götürülməmiş, yaxud məhkumluğu ödənilməmiş şəxslər;
48.4.8. media subyektləri və onların təsisçisi (iştirakçısı) olan şəxslər.
48.5. Şuranın üzvləri səlahiyyət müddəti qurtaranadək yalnız aşağıdakı hallarda öz vəzifələrindən azad edilirlər:
48.5.1. öz arzusu ilə müvafiq ərizə təqdim etdikdə;
48.5.2. Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə;
48.5.3. dövlət orqanlarında (qurumlarında) ödənişli, seçkili və ya təyinatlı vəzifə tutduqda, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olduqda;
48.5.4. din xadimi olduqda;
48.5.5. fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edildikdə;
48.5.6. ağır və xüsusilə ağır cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda;
48.5.7. media subyekti və onun təsisçisi (iştirakçısı) olduqda.
48.6. Şuranın üzvləri öz aralarından sadə səs çoxluğu ilə Şuranın sədrini seçirlər.
48.7. Şura xərclər smetası daxilində Şura aparatının strukturunu təsdiq edir.
48.8. Şuranın sədri:
48.8.1. Şuranın işinin təşkil edir və ona rəhbərlik edir;
48.8.2. Şura aparatının struktur bölmələrinin əsasnamələrini təsdiq edir;
48.8.3. Şura aparatının işçilərini vəzifəyə təyin edir və vəzifədən azad edir;
48.8.4. öz səlahiyyəti çərçivəsində icrası məcburi olan daxili əmrlər, sərəncamlar və göstərişlər verir;
48.8.5. bu Qanundan irəli gələn digər səlahiyyətləri həyata keçirir.
Maddə 49. Şura üzvlərinin təminatı
49.1. Şura sədrinin aylıq vəzifə maaşı mərkəzi icra hakimiyyəti orqanının rəhbərinin aylıq vəzifə maaşına , Şuranın digər üzvlərinin aylıq vəzifə maaşı isə mərkəzi icra hakimiyyəti orqanının rəhbərinin müavininin aylıq vəzifə maaşına bərabər tutulur.
49.2. Şuranın üzvlərinə səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün vəzifə maaşlarının 25 faizi məbləğində aylıq əlavə pul təminatı verilir.
5-ci fəsil
Audiovizual media sahəsində lisenziyalaşdırma
Maddə 50. Audiovizual media subyektləri üçün verilən lisenziyalar
50.1. Yerüstü yayımçılara aşağıdakı lisenziyalar verilir:
50.1.1. ümumölkə yerüstü televiziya yayımçısı lisenziyası;
50.1.2. regional yerüstü televiziya yayımçısı lisenziyası;
50.1.3. ümumölkə yerüstü radio yayımçısı lisenziyası;
50.1.4. regional yerüstü radio yayımçısı lisenziyası.
50.2. Platforma yayımçılarına aşağıdakı lisenziyalar verilir:
50.2.1. peyk yayımı həyata keçirən platforma yayımçısı lisenziyası;
50.2.2. peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyası.
50.3. Sifarişli yayım xidməti provayderinə sifarişli yayım xidməti provayderi lisenziyası verilir.
50.4. Platforma operatorlarına aşağıdakı lisenziyalar verilir:
50.4.1. sadə platforma operatoru lisenziyası;
50.4.2. universal platforma operatoru lisenziyası.
50.5. Multipleks operatoruna multipleks operatoru lisenziyası verilir.
Maddə 51. Müsabiqə əsasında lisenziyaların verilməsi
51.1. Bu Qanunun 50.1.1–50.1.4-cü, 50.2.1-ci və 50.5-ci maddələrində göstərilən lisenziyaların verilməsi üçün bu Qanunun 35.1-ci və ya 35.2-ci maddələrində nəzərdə tutulmuş məlumatlar əsasında Şuranın qərarı ilə müsabiqə elan edilir və bu elan onun veb-saytında və azı 2 (iki) rəsmi qəzetdə yayımlanır.
51.2. Elanda aşağıdakı məlumatlar olmalıdır:
51.2.1. bu Qanunun 50.1.1–50.1.4-cü və 50.2.1-ci maddələrində nəzərdə tutulmuş lisenziyalar üçün yayımın növü (televiziya və (və ya) radio);
51.2.2. bu Qanunun 50.1.1–50.1.4-cü maddələrində nəzərdə tutulmuş lisenziyalar üçün yayımın ərazi kateqoriyası və yayımın janrı;
51.2.3. bu Qanunun 50.2.1-ci maddəsində nəzərdə tutulmuş lisenziya üçün yayımın janrı;
51.2.4. bu Qanunun 50.5-ci maddəsində nəzərdə tutulmuş lisenziya üçün yayımın ərazi kateqoriyası;
51.2.5. müsabiqədə iştirak haqqının məbləği, onun ödənilməsi müddəti və qaydası;
51.2.6. bu Qanunun 52.2-ci maddəsində nəzərdə tutulan sənədlərin siyahısı və həmin sənədlərin təqdim edilmə ünvanı və qaydası.
51.3. İştirak haqqı müvafiq lisenziya üçün nəzərdə tutulmuş dövlət rüsumunun 2 (iki) faizi məbləğində müəyyən olunur. Müsabiqədə qalib olmayan şəxslərin iştirak haqqı geri ödənilmir.
Maddə 52. Müsabiqə üzrə sənəd qəbulu
52.1. Sənəd qəbulu müsabiqənin keçirilməsi üçün elanın dərc edildiyi gündən 30 (otuz) iş günü müddətində həyata keçirilir.
52.2. Müsabiqədə iştirak etmək üçün aşağıdakı sənədlər kağız və ya elektron formada təqdim edilməlidir:
52.2.1. müsabiqədə iştirak barədə forması və məzmunu Şura tərəfindən müəyyən olunmuş və fiziki şəxs və ya hüquqi şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış ərizə;
52.2.2. fiziki şəxsin şəxsiyyət vəsiqəsinin və səlahiyyətli nümayəndənin səlahiyyətini təsdiq edən sənədin surəti;
52.2.3. hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın və nizamnamənin notarial qaydada təsdiq olunmuş surəti;
52.2.4. vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;
52.2.5. təsisçi (iştirakçı) fiziki şəxs olduqda – onun (onların), habelə direktorun adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi; təsisçi (iştirakçı) hüquqi şəxs olduqda – onun (onların) adı, hüquqi ünvanı;
52.2.6. təsisçi (iştirakçı) fiziki şəxs olduqda onun məhkumluğunun olub-olmaması barədə arayış;
52.2.7. yayımı həyata keçirmək üçün texniki imkanları haqqında Şura tərəfindən müəyyən edilmiş formada məlumat;
52.2.8. yayımçının və ya operatorun adı ilə bağlı məlumat;
52.2.9. media subyektinin redaksiyasının loqotipi (emblemi) ilə bağlı məlumat;
52.2.10. iqtisadi əsaslandırma.
52.3. Şura bu Qanunun 52.2-ci maddəsində nəzərdə tutulmuş sənədləri, o cümlədən elektron sənədləri əldə etmək üçün dövlət orqanlarının (qurumlarının) elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) müəyyən olunmuş hədlərdə istifadə edir. Bunun mümkün olmadığı hallarda həmin sənədlərin təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında aidiyyəti orqandan (qurumdan) tələb olunur və ya ərizəçi tərəfindən təmin olunur.
52.4. Təqdim olunmuş sənədlərə sənədlərin qəbulunun başa çatdığı vaxtdan 10 (on) iş günü müddətində baxılır.
52.5. Təqdim edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və lisenziyanın verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar barədə məsələlərə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 19.1–19.4-cü maddələrinə uyğun olaraq baxılır.
Maddə 53. Müsabiqənin keçirilməsi
53.1. Aşağıdakı hallarda Şura tərəfindən ərizəçinin müsabiqəyə buraxılmasından imtina barədə əsaslandırılmış qərar qəbul edilir və bu qərar 3 (üç) iş günü müddətində ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir:
53.1.1. ərizə buna hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;
53.1.2. eyni ad altında başqa media subyekti fəaliyyət göstərirsə;
53.1.3. təqdim olunmuş sənədlərdə düzgün olmayan və ya təhrif olunmuş məlumatlar aşkar olunarsa (bu Qanunun 52.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla);
53.1.4. ərizəçinin əvvəllər aldığı lisenziyanın bu Qanunun 58.1.2-ci, 58.1.4-cü, 58.1.6-cı, 58.1.9–58.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla ləğv edilməsindən 3 (üç) ildən az müddət keçibsə;
53.1.5. təsisçisi və ya təsisçilərindən biri əvvəllər lisenziyası bu Qanunun 58.1.2-ci, 58.1.4-cü, 58.1.6-cı, 58.1.9–58.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla ləğv edilən fiziki və ya hüquqi şəxs olduqda, lisenziyanın ləğv edilməsindən 3 (üç) ildən az müddət keçibsə;
53.1.6. ərizəçi bu Qanunun 26.1–26.4-cü, 26.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə cavab vermirsə.
53.2. Təqdim olunmuş sənədlərdə imtina üçün əsaslar olmadıqda bu Qanunun 52.4-cü maddəsində nəzərdə tutulmuş müddətdə Şura tərəfindən ərizəçilərin müsabiqəyə buraxılması barədə qərar qəbul edilir və bu qərar ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.
53.3. Müsabiqə bu Qanunun 53.2-ci maddəsində nəzərdə tutulmuş müddətin bitdiyi tarixdən 30 (otuz) iş günü müddətində keçirilməli və müsabiqənin nəticəsi bu müddət ərzində açıqlanmalıdır.
53.4. Aşağıdakı hallarda müsabiqə baş tutmamış hesab edilir:
53.4.1. müsabiqəyə ikidən az ərizəçi müraciət etdikdə;
53.4.2. müsabiqənin iştirakçısı olmadıqda;
53.4.3. müsabiqənin qalibi müsabiqənin nəticəsində lisenziya almaqdan imtina etdikdə.
53.5. Müsabiqə baş tutmamış hesab edildikdə Şura tərəfindən bu barədə qərar qəbul edilir və bu qərar onun veb-saytında və azı 2 (iki) rəsmi qəzetdə yayımlanır. Təkrar müsabiqə bu Qanunun 51–53-cü maddələrinə uyğun olaraq həyata keçirilir.
53.6. Bu Qanunun 53.4.1-ci maddəsində nəzərdə tutulmuş hala görə müsabiqə baş tutmadıqda, baş tutmamış müsabiqəyə müraciət etmiş ərizəçi elan olunmuş təkrar müsabiqədə yeganə ərizəçi olduqda həmin müsabiqənin qalibi hesab edilir.
53.7. Baş tutmamış müsabiqəyə müraciət etmiş ərizəçi təkrar müsabiqədə iştirak üçün müraciət etdikdə yenidən iştirak haqqını ödəməkdən azaddır.
Maddə 54. Müsabiqə üzrə müraciətlərin qiymətləndirilməsi və müsabiqənin nəticələri
54.1. Müsabiqə üzrə müraciətlər qiymətləndirilərkən aşağıdakılar nəzərə alınır:
54.1.1. ərizəçinin texniki imkanları və iqtisadi əsaslandırması;
54.1.2. mövcud media subyektlərinə lisenziya verilərkən ərizəçinin müsabiqə nəticəsində əldə edəcəyi lisenziya üzrə fəaliyyətinin “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn tələblərə uyğunluğu.
54.2. Şura tərəfindən müsabiqənin qalibinə lisenziyanın verilməsi barədə qərar qəbul edilir və bu qərar ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Müsabiqənin qalibinə Şura tərəfindən lisenziyanın verilməsi üçün dövlət rüsumu ödəmək vəzifəsi barədə şifahi və ya məktub vasitəsilə məlumat verilir. Ərizəçi bu məlumatı aldığı tarixdən 5 (beş) iş günü müddətində dövlət rüsumunu ödəməlidir.
54.3. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd Şuraya ərizəçi tərəfindən təqdim edildikdən sonra lisenziya 2 (iki) iş günündən gec olmayaraq ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd Şuraya təqdim edilmədikdə, lisenziyanın verilməsi haqqında qərar Şura tərəfindən ləğv edilir və bu barədə məlumat 2 (iki) iş günü müddətində ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.
54.4. Müsabiqənin nəticələrinə görə qalib elan edilən yerüstü yayımçı infrastruktur operatoru ilə müqavilə bağlayır. İnfrastruktur operatoru bu müqaviləni bağlamaqdan imtina edə bilməz.
54.5. Müsabiqənin nəticələrinə görə qalib elan edilən peyk yayımı həyata keçirən platforma yayımçısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə müqavilə bağlayır. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu müqaviləni bağlamaqdan imtina edə bilməz.
54.6. Müsabiqənin nəticələrinə görə qalib elan edilən multipleks operatoru müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə müqavilə bağlayır. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu müqaviləni bağlamaqdan imtina edə bilməz.
54.7. Şura lisenziyanın verildiyi tarixdən 3 (üç) iş günü müddətində həmin audiovizual media subyekti barədə məlumatları Media Reyestrinə daxil edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir.
Maddə 55. Peyk yayımı həyata keçirməyən platforma yayımçısı, platforma operatoru və sifarişli yayım xidməti provayderi üçün lisenziyanın verilməsi qaydaları
55.1. Bu Qanunun 50.2.2-ci, 50.3-cü və 50.4-cü maddələrində göstərilən lisenziyaların alınması üçün bu Qanunun 52.2-ci maddəsində nəzərdə tutulmuş sənədlər kağız və ya elektron formada Şuraya təqdim edilir.
55.2. Təqdim edilmiş sənədlərə qeydiyyata alındığı gündən 10 (on) iş günü müddətində Şura tərəfindən baxılır və lisenziyanın verilməsi və ya verilməsindən imtina edilməsi haqqında qərar qəbul olunur və bu qərar ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.
55.3. Təqdim edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və lisenziyanın verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar barədə məsələlərə bu Qanunun 52.5-ci maddəsinə uyğun olaraq baxılır.
55.4. Bu Qanunun 53.1-ci və 54.1-ci maddələrində nəzərdə tutulmuş əsaslar olduqda Şura tərəfindən lisenziyanın verilməsindən imtina barədə əsaslandırılmış qərar qəbul edilir və bu qərar 3 (üç) iş günü müddətində ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.
55.5. Lisenziyanın verilməsindən imtina üçün əsaslar olmadıqda Şura tərəfindən lisenziyanın verilməsi barədə qərar qəbul edilir və bu qərar 3 (üç) iş günü müddətində ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.
55.6. Ərizəçiyə lisenziyanın verilməsi üçün dövlət rüsumu ödəmək vəzifəsi barədə şifahi və ya məktub vasitəsilə məlumat verilir. Ərizəçi bu məlumatı aldığı tarixdən 5 (beş) iş günü müddətində dövlət rüsumunu ödəməlidir.
55.7. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd Şuraya ərizəçi tərəfindən təqdim edildikdən sonra lisenziya 2 (iki) iş günündən gec olmayaraq ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd Şuraya təqdim edilmədikdə, lisenziyanın verilməsi haqqında qərar Şura tərəfindən ləğv edilir və bu barədə məlumat 2 (iki) iş günü müddətində ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.
55.8. Şura lisenziyanın verildiyi tarixdən 3 (üç) iş günü müddətində həmin audiovizual media subyekti barədə məlumatları Media Reyestrinə daxil edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir.
Maddə 56. Lisenziyanın məzmunu
56.1. Lisenziyada aşağıdakılar göstərilir:
56.1.1. lisenziyanın verilmə tarixi və qeydiyyat nömrəsi;
56.1.2. lisenziya verən orqanın adı və ünvanı;
56.1.3. lisenziyanın sahibi barədə məlumatlar (hüquqi şəxsin adı və hüquqi ünvanı, fərdi sahibkarın soyadı, adı, atasının adı və fəaliyyət ünvanı, VÖEN-i);
56.1.4. lisenziya verilən fəaliyyət növü (yayım üsulu, ərazi kateqoriyası);
56.1.5. redaksiyanın adı (olduğu halda);
56.1.6. janrı (olduğu halda).
Maddə 57. Lisenziyanın dayandırılması
57.1. Lisenziya aşağıdakı hallarda dayandırılır:
57.1.1. lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;
57.1.2. lisenziya sahibi bu Qanunun və Şuranın qərarlarının pozulması hallarının aradan qaldırılmasına dair Şuranın göstərişlərini yerinə yetirmədikdə;
57.1.3. bu Qanunun 29.4-cü maddəsində göstərilən xidmət haqqının 6 (altı) ay ərzində ödənilməməsi barədə infrastruktur operatorunun Şuraya müraciəti olduqda.
57.2. Lisenziya Şuranın qərarı ilə dayandırılır. Həmin qərarda lisenziyanın dayandırılmasına əsas verən hallar və lisenziyanın dayandırıldığı müddət göstərilməlidir. Bu Qanunun 57.1.2-ci maddəsində göstərilən əsas üzrə lisenziyanın dayandırılması haqqında qərarda həmçinin dayandırılmaya əsas verən halların aradan qaldırılması üçün görülməli olan tədbirlər və lisenziyanın dayandırıldığı müddətdə həmin halların aradan qaldırılmamasının nəticəsi göstərilməlidir.
57.3. Lisenziya sahibi lisenziyanın dayandırıldığı müddət bitənədək bu Qanunun 57.1.2-ci və 57.1.3-cü maddələrində göstərilən halı aradan qaldırmalı və nəticəsi barədə 3 (üç) iş günü müddətində Şuraya yazılı məlumat verməlidir.
57.4. Bu Qanunun 57.1.1-ci maddəsində göstərilən əsas üzrə dayandırılmış lisenziya lisenziya sahibinin müvafiq ərizəsinə, bu Qanunun 57.1.2-ci və 57.1.3-cü maddələrində göstərilən hallarda dayandırılmış lisenziya isə həmin halın aradan qaldırılması barədə lisenziya sahibinin təqdim etdiyi yazılı məlumata əsasən Şuranın qərarı ilə bərpa olunur.
57.5. Lisenziyanın dayandırılması və bərpa olunması haqqında qərar qəbul olunduğu tarixdən 2 (iki) iş günü müddətində lisenziya sahibinə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.
57.6. Şura lisenziyanın dayandırılması və bərpa olunması barədə qərar qəbul edildiyi gündən 3 (üç) iş günü müddətində həmin qərar barədə məlumatı Media Reyestrinə daxil edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir.
57.7. Radiotezlik istifadəçisi olan audiovizual media subyektinin lisenziyasının dayandırılması və bərpa olunması barədə qərarın surəti qərarın qəbul edildiyi gündən 3 (üç) iş günü müddətində Şura tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanına (qurumuna) və infrastruktur operatoruna göndərilir.
Maddə 58. Lisenziyanın ləğvi, yenidən rəsmiləşdirilməsi və dublikatının verilməsi
58.1. Lisenziya aşağıdakı hallarda ləğv edilir:
58.1.1. lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;
58.1.2. bu Qanunun 26-cı maddəsinin tələbləri pozulduqda;
58.1.3. lisenziyanın sahibi olan fiziki şəxsin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə, hüquqi şəxs ləğv edildikdə;
58.1.4. məhkəmənin müvafiq qərarı olduqda;
58.1.5. lisenziya sahibi olan şəxsin müflisləşməsinin məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq olunduğu halda;
58.1.6. lisenziyanın alınması üçün təqdim edilmiş sənədlərdə sonradan düzgün olmayan məlumatlar aşkar edildikdə;
58.1.7. bu Qanunun 57.1.2-ci və 57.1.3-cü maddələrində nəzərdə tutulmuş hallar bu Qanunun 57.3-cü maddəsinə uyğun olaraq aradan qaldırılmadıqda;
58.1.8. lisenziyada göstərilmiş fəaliyyət növü lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısından çıxarıldıqda;
58.1.9. yayım lisenziya alındıqdan sonra altı ay müddətində həyata keçirilmədikdə;
58.1.10. lisenziya verilmiş fəaliyyət növü üzrə ərazi kateqoriyasına riayət edilmədikdə;
58.1.11. bu Qanunun 41.2-ci maddəsində nəzərdə tutulmuş hallarda yayımın Şuranın qərarı ilə dayandırıldığı hallar istisna olmaqla, yayım ardıcıl olaraq 30 (otuz) gün və ya bir il ərzində 60 (altmış) gün həyata keçirilmədikdə;
58.1.12. lisenziya sahibi bir il müddətində azı beş dəfə audiovizual yayım sahəsində inzibati məsuliyyətə cəlb edildikdə.
58.2. Lisenziya bu Qanunun 58.1-ci maddəsində göstərilən hallara (bu Qanunun 58.1.4-cü maddəsi istisna olmaqla) istinad edilməklə, Şuranın qərarı ilə ləğv edilir. Həmin qərar qəbul olunduğu tarixdən 2 (iki) iş günü müddətində lisenziya sahibinə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.
58.3. Şura lisenziyanın ləğvi barədə qərar qəbul edildiyi gündən 3 (üç) iş günü müddətində həmin qərar barədə məlumatı Media Reyestrinə daxil edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir.
58.4. Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşlara, etnik, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına, terrorçuluğa açıq çağırışlar, habelə terrorçuluğun maliyyələşdirilməsinə, terrorçuluq məqsədilə təlimlərin təşkil edilməsinə və ya keçiririlməsinə yönələn məlumatların yayılması lisenziya sahibi olan yayımçı tərəfindən müdafiə olunduqda və ya bu çağırışları səsləndirməyə bilərəkdən şərait yaradıldıqda, lisenziya Şuranın iddia ərizəsi əsasında məhkəmənin qərarı ilə ləğv edilir.
58.5. Lisenziyanın yenidən rəsmiləşdirilməsi və dublikatının verilməsi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü və 24-cü maddələrinə uyğun olaraq həyata keçirilir.
58.6. Radiotezlik istifadəçisi olan audiovizual media subyektinə lisenziya verildikdə, yenidən rəsmiləşdirildikdə, ləğv edildikdə və lisenziyanın dublikatının verilməsi halında Şura bu barədə qərarın qəbul edildiyi gündən 3 (üç) iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanı (qurumu) və infrastruktur operatorunu məlumatlandırır.
6-cı fəsil
Çap mediası, onlayn media və İnformasiya agentlikləri
Maddə 59. Çap mediası subyekti
59.1. Çap mediası subyektləri fiziki və ya hüquqi şəxslər ola bilər.
59.2. Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən orqanlar (qurumlar), Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikasının Ali Məhkəməsi istisna olmaqla, digər dövlət orqanları (qurumları) çap mediası subyektinin təsisçisi ola bilməzlər.
59.3. Ayda azı 1 (bir) dəfə davamlı olaraq yayımlanan, birdəfəlik tirajı 100 (yüz) nüsxədən çox olan, ildə azı 12 (on iki) dəfə çap olunan qəzetlər və ildə azı 2 (iki) dəfə çap olunan jurnal, toplu, bülleten və başqa nəşrlər dövri nəşrdir.
59.4. Qəzetlər aşağıdakı dövriliklə çap olunur:
59.4.1. həftəlik qəzet – həftədə azı 1 (bir) dəfə;
59.4.2. günaşırı qəzet – həftədə azı 3 (üç) dəfə;
59.4.3. gündəlik qəzet – həftədə azı 5 (beş) dəfə.
59.5. Məzmununa görə qəzetlər aşağıdakı kimi qruplaşdırılır:
59.5.1. ictimai-siyasi qəzet – məzmununun azı 75 (yetmiş beş) faizi ümumilikdə xəbərlərdən, ictimai, siyasi, sosial və iqtisadi mövzuların işıqlandırılmasından, şərh və təhlilindən ibarət olan qəzet;
59.5.2. tematik qəzet – məzmununun azı 75 (yetmiş beş) faizi yalnız bir sahənin işıqlandırılmasından, şərh və təhlilindən ibarət olan qəzet.
59.6. Ərazi kateqoriyasına görə qəzetlər aşağıdakı kimi qruplaşdırılır:
59.6.1. ümumölkə – bir media subyekti tərəfindən eyni adla çap edilən və Azərbaycan Respublikası ərazisinin azı 70 faizinə yayımlanan qəzet;
59.6.2. regional – 1 (bir) media subyekti tərəfindən eyni adla çap edilən və azı 1 (bir) inzibati ərazi vahidinin ərazisinin azı 70 (yetmiş) faizində yayımlanan qəzet.
59.7. Aşağıdakı qəzetlər davamlı yayımlanan nəşr hesab olunur:
59.7.1. 1 (bir) il ərzində 12 (on iki) nömrəyə qədər fasilə vermək hüququ ilə nəşr olunan gündəlik qəzetlər;
59.7.2. 1 (bir) il ərzində 9 (doqquz) nömrəyə qədər fasilə vermək hüququ ilə nəşr olunan günaşırı qəzetlər;
59.7.3. 1 (bir) il ərzində 6 (altı) nömrəyə qədər fasilə vermək hüququ ilə nəşr olunan həftəlik qəzetlər;
59.8. İldə azı 2 (iki) dəfə çap olunan jurnal, toplu, bülleten və başqa nəşrlər davamlı yayımlanan dövri nəşr hesab olunur.
Maddə 60. Onlayn media subyekti
60.1. Onlayn medianın subyektləri fiziki və ya hüquqi şəxslər ola bilər.
60.2. Onlayn media subyekti özünün veb-saytında aşağıdakı məlumatları göstərməlidir:
60.2.1. adı;
60.2.2. VÖEN-i;
60.2.3. domen adının sahibi;
60.2.4. məsul redaktorun soyadı, adı və atasının adı;
60.2.5. onlayn media subyektinin fəaliyyət göstərdiyi ünvan və əlaqə vasitələri.
60.3. Bu Qanunun 60.2-ci maddəsində nəzərdə tutulmuş məlumatlar onlayn mediada “əlaqə” başlığı altında və istifadəçilərin ana səhifədən birbaşa daxil ola biləcəkləri şəkildə göstərilməlidir.
60.4. Onlayn mediada materialın ilk dəfə yayımlandığı tarix qeyd olunmalı və həmin tarixə dəyişiklik edilməməlidir.
60.5. Onlayn media subyekti (redaksiyaları) hər ay 20 (iyirmi) gün ərzində bu Qanunun 13.1-ci və 13.2-ci maddələrinin tələblərinə əməl etməklə və bu Qanunun 13.3-cü maddəsində göstərilən informasiya istisna olmaqla gündəlik azı 20 (iyirmi) kütləvi informasiya dərc etdikdə onun fəaliyyəti davamlı hesab olunur.
Maddə 61. İnformasiya agentliyi
Bu Qanunun digər media subyektlərinin fəaliyyətinə dair müddəaları informasiya agentliklərinə onlar tərəfindən kütləvi informasiyanın dərc olunma və (və ya) yayımlanma üsuluna uyğun olaraq şamil edilir.
Maddə 62. Çap mediası və onlayn media subyektinin təsis edilməsi
62.1. Çap mediası və onlayn media subyektinin təsis edilməsi üçün dövlət orqanlarından (qurumlarından) icazə tələb olunmur.
62.2. Çap mediası və onlayn media subyekti kimi fəaliyyət göstərmək üçün hüquqi və ya fiziki şəxs müvafiq olaraq çap mediası məhsulunun istehsalından və materialın yayımlanmasından 7 (yeddi) gün əvvəl müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi müraciət etməlidir.
62.3. Bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş müraciət bu Qanunun 73.5-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun edilir.
62.4. Dini məzmunlu çap mediası və onlayn media subyektinin təsis edilməsi ilə bağlı müraciətə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi əlavə olunur.
62.5. Çap mediası və onlayn media subyektlərinin adında Azərbaycan Respublikası dövlət orqanlarının (qurumlarının), beynəlxalq təşkilatların, qeyri-hökumət təşkilatlarının, yerli özünüidarəetmə orqanlarının adlarından (özlərinin təsis etdikləri media subyektləri istisna olmaqla), habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadəyə yol verilmir.
Maddə 63. Çap mediası məhsulunda göstərilməli olan məlumatlar
63.1. Çap mediası məhsulunun hər buraxılışında aşağıdakı məlumatlar göstərilməlidir:
63.1.1. adı;
63.1.2. VÖEN-i;
63.1.3. məsul redaktorun soyadı, adı və atasının adı;
63.1.4. sıra sayı və çapdan çıxdığı tarix, çapa imzalanma vaxtı (qrafiklə təyin olunmuş və faktiki vaxt);
63.1.5. poçt indeksi;
63.1.6. tirajı;
63.1.7. qiyməti, “Sərbəst qiymət” və ya “Pulsuz” qeydləri;
63.1.8. çap mediası subyektinin və çap mediası məhsulunun istehsal edildiyi mətbəənin adı, ünvanı və əlaqə vasitələri.
63.2. Bu Qanunun 63.1-ci maddəsində qeyd olunan məlumatların göstərilmədiyi çap mediası məhsullarının istehsalı və yayımı, habelə həmin məlumatların qəsdən yanlış göstərilməsi qadağandır.
Maddə 64. Çap mediası məhsulu və onun yayımı
64.1. Çap mediası məhsulunun yayımı bilavasitə redaksiya, müqavilə əsasında naşir və rabitə müəssisələri, habelə digər hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilə bilər.
64.2. Çap mediası məhsulunun istehsalı və onun yayımı kommersiya və qeyri-kommersiya məqsədilə həyata keçirilə bilər. Qeyri-kommersiya məqsədilə həyata keçirilən yayım üçün nəzərdə tutulmuş məhsulun üzərində “Pulsuz” qeydi olur.
64.3. Çap mediası məhsulunun yayımının dayandırılmasına, onun tirajının, yaxud tirajının bir hissəsinin müsadirə edilməsinə yalnız məhkəmə qərarı ilə yol verilir.
Maddə 65. Çap mediası və onlayn media subyektlərinin fəaliyyətinin və media məhsullarının yayımlanmasının dayandırılması, habelə həmin subyektlərin fəaliyyətinə xitam verilməsi
65.1. Çap mediası və onlayn media subyektinin fəaliyyəti və media məhsullarının yayımlanması məhkəmənin qərarı ilə bu Qanunun 65.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müvəqqəti dayandırılır, bu Qanunun 65.4-cü maddəsində nəzərdə tutulmuş hallarda isə onların fəaliyyətinə xitam verilir.
65.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) aşağıdakı hallarda çap mediası və onlayn media subyektlərinin fəaliyyətinin 2 (iki) ay müddətinədək dayandırılması barədə məhkəmə qarşısında iddia qaldırır:
65.2.1. əcnəbi və ya vətəndaşlığı olmayan şəxs, habelə ali təhsili olmayan şəxs idarəetmə orqanının rəhbəri vəzifəsinə təyin edildikdə;
65.2.2. media sahəsində fəaliyyət azadlığından və jurnalist hüququndan sui-istifadə etməyə görə inzibati tənbeh almış şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətdikdə;
65.2.3. çap mediası və onlayn media subyektləri bu Qanunun 13.1-ci, 13.2-ci, çap mediası subyektləri isə həmçinin bu Qanunun 14.1-ci maddəsinin tələblərinin pozulmasına görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən il ərzində 3 (üç) dəfə xəbərdarlıq edildikdən sonra həmin pozuntuları təkrar törətdikdə;
65.2.4. çap mediası və onlayn media subyektinin fəaliyyətinin onun təsisçisi (iştirakçısı) olmayan xarici ölkələrin fiziki və ya hüquqi şəxsləri, onların filial və nümayəndəlikləri, həmin şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri hüquqi şəxslər, habelə xarici ölkələrin dövlət qurumları tərəfindən maliyyələşdirilməsi (bu Qanunun 69.2-ci maddəsi nəzərə alınmaqla) aşkar edildikdə;
65.2.5. bu Qanunun 63.2-ci maddəsində nəzərdə tutulan pozuntular aşkar edildikdə.
65.3. Bu Qanunun 65.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə onlayn media subyektinin fəaliyyəti və media məhsullarının yayımlanması dayandırıldıqda bu barədə həmin media subyektinin veb-saytında məlumat yerləşdirilməlidir.
65.4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) aşağıdakı hallarda çap mediası və onlayn media subyektlərinin fəaliyyətinə xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırır:
65.4.1. bu Qanunun 65.2.1-ci maddəsində nəzərdə tutulmuş pozuntunu aradan qaldırmadıqda;
65.4.2. bu Qanunun 65.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə fəaliyyəti dayandırılmış media subyektləri bu Qanunun 65.2.2–65.2.5-ci maddələrinin tələblərini 2 (iki) il ərzində yenidən pozduqda;
65.4.3. bu Qanunun 26.1–26.3-cü maddələrinin tələblərini pozduqda;
65.4.4. bu Qanunun 62.2-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi müraciət edilmədikdə və ya həmin müraciətdə göstərilən məlumatların doğru olmadığı aşkarlandıqda;
65.4.5. media subyektləri Media Reyestrindən bu Qanunun 75.1.7-ci maddəsinin tələblərinin pozulmasına görə çıxarıldığı tarixdən 1 (bir) ay ərzində, bu Qanunun 75.1.6-cı maddəsinin tələblərinin pozulmasına görə çıxarıldığı tarixdən isə 2 (iki) ay ərzində qeyd olunan pozuntuları aradan qaldırmadıqda.
65.5. Onlayn media subyekti tərəfindən bu Qanunun 14.1-cimaddəsinin tələbləri pozulduqda “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədbirlər görülür.
Maddə 66. Xarici çap mediası məhsullarının gətirilməsinə və yayımın qadağa qoyulması
66.1. Bu Qanunun 14.1.1-ci, 14.1.2-ci, 14.1.4-cü, 14.1.5-ci, 14.1.7-ci, 14.1.9-cu, 14.1.10-cu, 14.1.13-cü və 14.1.14-cü maddələrinin tələblərinə cavab verməyən informasiyalar dərc edilən xarici çap mediası məhsullarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə və yayımına məhkəmənin qərarı ilə qadağa qoyula bilər.
66.2. Məhkəmə bu Qanunun 66.1-ci maddəsinin tələblərinə zidd olaraq xarici çap mediasının artıq paylanmış məhsulunu satışdan yığışdırmaq barədə qərar qəbul edə bilər.
Maddə 67. Redaksiya materiallarının saxlanması
67.1. Çap mediası və onlayn media subyekti tərəfindən redaksiya materialları (əlyazmaları, məktublar, lent yazıları və s.) 1 (bir) il müddətində saxlanılır.
67.2. Materialların saxlanma qaydası çap mediası və onlayn media subyekti tərəfindən müəyyənləşdirilir.
Maddə 68. Məcburi nüsxələr
Çap mediası məhsullarının pulsuz məcburi nüsxələri tirajın ilk buraxılışı hazırlanan kimi nəşriyyat tərəfindən təsisçiyə, dövlət arxivinə, həmçinin “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində müəyyən edilmiş qaydada müvafiq kitabxanalara göndərilir.
Maddə 69. Çap mediası və onlayn mediada sponsorluq
69.1. Çap mediası və onlayn media subyektlərinin fəaliyyəti və media məhsullarının yayımlanması Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasının hüquqi şəxslərinin sponsorluğu ilə maliyyələşdirilə bilər. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu ilə reklamı qadağan edilmiş malların istehsalı və (və ya) satışı ilə məşğul olan şəxslər sponsor ola bilməzlər.
69.2. Xarici ölkələrin hüquqi və fiziki şəxsləri çap mediası və onlayn media subyektlərinin hər bir məhsulunun yalnız 25 (iyirmi beş) faizədək olan hissəsinə sponsorluq edə bilərlər.
69.3. Çap mediası və onlayn media subyektlərinə sponsorluq jurnalistin müstəqilliyinə təsir edə bilməz.
69.4. Sponsorun maliyyə yardımı ilə hazırlanmış dövri mətbu nəşrlərdə bu barədə məlumat çap olunmalıdır.
69.5. Sponsor reklamı “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yayımlanır.
7-ci fəsil
Jurnalistlərin fəaliyyəti
Maddə 70. Jurnalist vəsiqəsi
70.1. Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən jurnalist vəsiqəsi verilir. Jurnalist vəsiqəsinin forması, onun verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
70.2. Bu Qanunun 70.1-ci maddəsi Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən xarici jurnalistlərə şamil edilmir. Xarici jurnalistlər Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərmək üçün əvvəlcədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət etməlidirlər. Onlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən razılıq verildikdən sonra fəaliyyət göstərə bilərlər.
70.3. Jurnalist vəsiqəsinin etibarlılıq müddəti 3 (üç) ildir. Jurnalist vəsiqənin etibarlılıq müddəti bitdiyi gündən ən geci 3 (üç) iş günü müddətində həmin vəsiqəni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təhvil verməklə yenidən jurnalist vəsiqəsinin alınması üçün müraciət etmək hüququna malikdir.
70.4. Jurnalist vəsiqəsindəki məlumatlar dəyişdikdə və ya jurnalist vəsiqəsi yararsız vəziyyətə düşdükdə yaxud vəsiqədəki məlumatların səhv olduğu aşkar edildikdə jurnalist vəsiqəsinin dəyişdirilməsi üçün müraciət etməlidir.
70.5. Əmək müqaviləsinə xitam verilmiş jurnalist sonuncu iş günündə öz vəsiqəsini işəgötürənə (media subyektinə) təhvil verməli, media subyekti isə həmin vəsiqəni təhvil aldığı gündən ən geci 3 (üç) iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məhv edilməsi üçün təqdim etməlidir.
70.6. Fərdi olaraq müəllif hüquqları əsasında fəaliyyət göstərən jurnalistlər Media Reyestrindən çıxarıldığı gündən ən geci 3 (üç) iş günü müddətində jurnalist vəsiqəsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məhv edilməsi üçün təqdim etməlidir.
Maddə 71. Jurnalist vəsiqəsi verilmiş şəxslərin imtiyazları
71.1. Jurnalist vəsiqəsi verilmiş şəxslərin aşağıdakı imtiyazları vardır:
71.1.1. jurnalist fəaliyyətinin həyata keçirilməsi ilə bağlı dövlət və bələdiyyə mülkiyyətində olan muzeylərə, qalereyalara, habelə mədəni-ictimai tədbirlərin həyata keçirildiyi obyektlərə ödənişsiz daxil olmaq;
71.1.2. dövlət orqanları (qurumları), müəssisə və təşkilatlar, qeyri-hökumət təşkilatları tərəfindən akkreditasiya olunmaq;
71.1.3. əhəmiyyətli tədbirlərə dair kütləvi informasiyanın axtarılması, əldə olunması, ötürülməsi, istehsalı və yayımı məqsədilə həmin tədbirlərin keçirildiyi məkanlara bu Qanunun 72-ci maddəsinə uyğun olaraq akkreditasiya olunduğu halda daxil olmaq;
71.1.4. bu Qanunun 76.1.2–76.1.5-ci maddələrində nəzərdə tutulmuş güzəşt və imtiyazlardan yararlanmaq.
Maddə 72. Jurnalistlərin akkreditasiyası
72.1. Media subyektləri Media Reyestrinə daxil edilmiş jurnalistlərini dövlət orqanlarının (qurumlarının), müəssisə və təşkilatların, qeyri-hökumət təşkilatlarının razılığı ilə və onların müəyyən etdiyi akkreditasiya qaydalarına əməl etməklə həmin qurumlarda akkreditasiyadan keçirə bilərlər.
72.2. Fərdi olaraq müəllif hüquqları əsasında fəaliyyət göstərən və Media Reyestrinə daxil edilmiş jurnalistlər dövlət orqanlarının (qurumlarının), müəssisə və təşkilatların, qeyri-hökumət təşkilatlarının razılığı ilə və onların müəyyən etdiyi akkreditasiya qaydalarına əməl etməklə həmin qurumlarda akkreditasiyadan keçə bilərlər.
72.3. Dövlət orqanlarının (qurumlarının), müəssisə və təşkilatların, qeyri-hökumət təşkilatlarının razılığı ilə və onların müəyyən etdiyi akkreditasiya qaydalarına əməl etməklə həmin qurumlarda akkreditasiya olunmuş jurnalistə, qapalı tədbirlər istisna olmaqla, iclas, müşavirə və başqa tədbirlər barədə qabaqcadan məlumat verilir, onun stenoqramlarla, protokollarla və başqa sənədlərlə tanış olması üçün şərait yaradılır.
72.4. Media subyekti və jurnalist tərəfindən akkreditasiyadan keçdiyi qurumun işgüzar nüfuzunu ləkələyən, yaxud təhrif olunmuş və ya həqiqətə uyğun olmayan məlumatlar yayılmışdırsa və bu məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq olunmuşdursa yaxud onlar tərəfindən akkreditasiya qaydaları pozulmuşdursa, həmin qurum jurnalisti akkreditasiyadan məhrum edə bilər.
72.5. Media subyektinin jurnalist olmayan işçilərinin akkreditasiyası dövlət orqanlarının (qurumlarının), müəssisə və təşkilatların, qeyri-hökumət təşkilatlarının müəyyən etdiyi akkreditasiya qaydalarına uyğun olaraq həmin qurumlar tərəfindən həyata keçirilir.
72.6. Hərbi və fövqəladə vəziyyət tətbiq edildiyi ərazidə (ərazilərdə), dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması zonasında və terror əleyhinə aparılan əməliyyat zonasında kütləvi informasiyanın axtarılması, əldə olunması, ötürülməsi, istehsalı və yayımı yalnız Media Reyestrinə daxil edilmiş media subyektləri və jurnalistlər, habelə fəaliyyətinə bu Qanunun 70.2-ci maddəsində nəzərdə tutulmuş qaydada razılıq verilmiş xarici jurnalistlər tərəfindən həyata keçirilə bilər.
8-ci fəsil
Media Reyestri
Maddə 73. Media Reyestri
73.1. Azərbaycan Respublikasında media subyektlərinə, o cümlədən onların redaksiyalarına, habelə jurnalistlərə dair məlumatların sistemləşdirilməsi məqsədilə Media Reyestri yaradılır.
73.2. Media Reyestri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarə olunan elektron informasiya ehtiyatıdır və saxlanması Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
73.3. Media Reyestri aşağıdakı bölmələrdən ibarətdir:
73.3.1. audiovizual media subyektləri;
73.3.2. çap mediası subyektləri;
73.3.3. onlayn media subyektləri;
73.3.4. informasiya agentlikləri;
73.3.5. jurnalistlər.
73.4. Şura bu Qanunun 54.7-ci, 55.8-ci, 57.6-cı və 58.3-cü maddələrində nəzərdə tutulmuş hallarda audiovizual media subyekti barədə məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir.
73.5. Çap mediası və ya onlayn media subyektləri, informasiya agentlikləri, həmçinin jurnalistlər Media Reyestrinə daxil edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edirlər.
73.6. Media Reyestrinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
73.7. Media Reyestrinə aşağıdakı məlumatlar daxil edilir:
73.7.1. media subyektinin və (və ya) onun redaksiyasının (redaksiyalarının) adı, loqotipi (emblemi), hüquqi və faktiki ünvanı;
73.7.2. fiziki şəxs olan media subyekti, hüquqi şəxs olan media subyektinin təsisçisi (iştirakçısı), habelə media subyektinin təsisçisi olan hüquqi şəxsin birbaşa və dolayısı ilə iştirakçısı olan şəxslər haqqında bu Qanunla nəzərdə tutulmuş məlumatlar;
73.7.3. media subyektinin VÖEN-i;
73.7.4. media subyektinin idarəetmə orqanının rəhbərinin adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi, əlaqə məlumatları;
73.7.5. məsul redaktorun adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi, əlaqə məlumatları;
73.7.6. media subyektində işləyən jurnalistlərin siyahısı (adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi, əlaqə məlumatları);
73.7.7. çap mediası subyektinin dövriliyi və birdəfəlik tirajı, məzmunu haqqında məlumat;
73.7.8. onlayn media subyektinin domen adının sahibi haqqında məlumat;
73.7.9. media subyektinin və (və ya) onun redaksiyasının (redaksiyalarının) ərazi kateqoriyası;
73.7.10. audiovizual media subyektlərinin və (və ya) onların redaksiyasının (redaksiyalarının) janrı, yayım üsulu və növü;
73.7.11. audiovizual media subyektlərinin lisenziyası haqqında məlumatlar;
73.7.12. informasiya agentliklərinin digər media subyektləri ilə informasiya verilməsi (əldə edilməsi) haqqında bağladığı müqavilələr barədə məlumatlar;
73.7.13. jurnalistin adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi, əlaqə məlumatları;
73.7.14. verilmiş (o cümlədən olduğu halda əvvəllər verilmiş) jurnalist vəsiqəsi haqqında məlumat;
73.7.15. jurnalistin əmək və ya mülki hüquq müqaviləsi, əmək fəaliyyəti haqqında ümumi məlumat;
73.7.16. fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə işləyən jurnalistin VÖEN-i;
73.7.17. media subyektinin idarəetmə orqanının rəhbərinin, jurnalistin ali təhsili haqqında məlumat;
73.7.18. təsisçi (iştirakçı) fiziki şəxs olduqda onun (onların), media subyektinin idarəetmə orqanının rəhbərinin və jurnalistin məhkumluğunun olub-olmaması haqqında məlumat.
73.8. Media Reyestrinə daxil edilmiş media subyektinə forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiqlənmiş Media Reyestri şəhadətnaməsi verilir.
73.9. Media subyektlərinin və jurnalistlərin siyahısı istisna olmaqla, Media Reyestrinə daxil edilmiş digər məlumatlar ictimaiyyət üçün açıq deyildir.
Maddə 74. Media Reyestrinə daxil edilmək üçün tələblər
74.1. Media Reyestrinə media subyekti kimi daxil edilmək üçün müraciət edən şəxslər aşağıdakı tələblərə cavab verməlidir:
74.1.1. bu Qanunun 26.1–26.4-cü, 26.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə (bu Qanunun 69.2-ci maddəsi nəzərə alınmaqla) uyğun olmalıdır;
74.1.2. fəaliyyəti davamlı olmalıdır (müraciət tarixinə qədər media sahəsində fəaliyyət göstərməmiş media subyektləri istisna olmaqla);
74.1.3. fəaliyyəti bu Qanunun 13.1-ci və 13.2-ci maddələrinin tələblərinə uyğun olmalıdır;
74.1.4. hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alınmış olmalıdır;
74.1.5. fiziki şəxs olduqda fərdi sahibkar kimi vergi uçotuna alınmış olmalıdır;
74.1.6. Media Reyestrində olan digər media subyektlərinin redaksiyalarının loqotipləri (emblemləri) ilə eyni və ya oxşar olmamalıdır.
74.2. Media Reyestrinə daxil edilmək üçün müraciət etmiş jurnalistlər aşağıdakı tələblərə cavab verməlidir:
74.2.1. ali təhsili olmalıdır;
74.2.2. fəaliyyət qabiliyyətli olmalıdır;
74.2.3. ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilməmiş olmalıdır;
74.2.4. məhkumluğu ödənilmiş və ya götürülmüş olmalıdır;
74.2.5. media subyekti ilə əmək müqaviləsi olmalıdır (fərdi olaraq müəllif hüquqları əsasında işləyən jurnalistlərin azı bir media subyekti ilə mülki hüquqi müqaviləsi olmalıdır);
74.2.6. işlədiyi media subyekti Media Reyestrinə daxil edilmiş olmalıdır;
74.2.7. işlədiyi media subyekti davamlı fəaliyyət göstərməlidir (müraciət tarixinə qədər fəaliyyət göstərməmiş media subyektləri istisna olmaqla);
74.2.8. jurnalistlərin fəaliyyəti bu Qanunun 13.1-ci və 13.2-ci maddələrinin tələblərinə uyğun olmalıdır;
74.2.9. işlədiyi çap mediası subyektinin fəaliyyətində yaranmış fasilə bu Qanunun 59.7-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq olmamalıdır;
74.2.10. jurnalistika sahəsi üzrə 3 (üç) ildən az olmayaraq iş stajı olmalı və ya elmi və pedaqoji təhsil müəssisələrində jurnalistika sahəsində 3 (üç ) ildən az olmayan müddətdə fəaliyyət göstərməlidir;
74.2.11. jurnalist kimi fəaliyyət göstərdiyi müddət ərzində peşə etikası (etik davranış) qaydalarına riayət etməlidir;
74.2.12. fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə işləyən jurnalist fərdi sahibkar kimi vergi uçotuna alınmış olmalıdır.
74.3. Media Reyestrinə daxil edilmək üçün müraciət etmiş şəxslər bu Qanunun 74.1-ci maddəsinin, jurnalistlər isə bu Qanunun 74.2-ci maddəsinin tələblərinə cavab vermədikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onların Media Reyestrinə daxil edilməsindən imtina edilir.
74.4. Bu Qanunun 54.7-ci və 55.8-ci maddələrinə uyğun olaraq təqdim olunmuş məlumatlar əsasında audiovizual media subyektləri birbaşa Media Reyestrinə daxil edilirlər.
Maddə 75. Media Reyestrindən çıxarılma
75.1. Media Reyestrinə daxil edilmiş media subyektləri aşağıdakı hallarda Media Reyestrindən çıxarılır:
75.1.1. media subyektinin ərizəsi olduqda;
75.1.2. hüquqi şəxs olan media subyekti ləğv edildikdə;
75.1.3. məhkəmənin qərarı ilə media subyektinin fəaliyyətinə xitam verildikdə;
75.1.4. fiziki şəxs olan media subyekti öldükdə və ya qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə ölmüş və ya itkin düşmüş elan edildikdə;
75.1.5. bu Qanunun 26.1–26.4-cü (bu Qanunun 69.2-ci maddəsi nəzərə alınmaqla) və 74.1.5-ci maddələrinin tələblərinə cavab vermədiyi aşkar edildikdə;
75.1.6. çap mediası subyekti tərəfindən bu Qanunun 59.7-ci maddəsinin, onlayn media subyekti (redaksiyaları) tərəfindən isə bu Qanunun 60.5-ci maddəsinin tələbləri pozulduqda;
75.1.7. Media Reyestrinə daxil edilmiş çap mediası və ya onlayn media subyektinin reyestr məlumatlarında dəyişiklik edildikdə dəyişiklik baş verdiyi tarixdən 14 (on dörd) iş günü ərzində bu məlumatlar müvafiq təsdiqedici sənədlərlə birlikdə müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqana (quruma) təqdim edilmədikdə;
75.1.8. audiovizual media subyektinin lisenziyası ləğv edildikdə.
75.2. Media subyekti Media Reyestrindən çıxarıldıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) veb-saytında bu barədə məlumat yerləşdirilir.
75.3. Media Reyestrinə daxil edilmiş jurnalistlər aşağıdakı hallarda Media Reyestrindən çıxarılır:
75.3.1. jurnalistin ərizəsi olduqda;
75.3.2. bu Qanunun 74.2-ci maddəsinin tələblərinə cavab vermədiyi aşkar edildikdə;
75.3.3. ağır və xüsusilə ağır cinayətlərə görə məsuliyyətə cəlb edildikdə;
75.3.4. öldükdə və ya qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə ölmüş və ya itkin düşmüş elan edildikdə;
75.3.5. yayımladığı informasiyanın bu Qanunun 14-cü maddəsinin tələblərinə cavab verməməsi halları il ərzində 3 (üç) dəfə aşkar edildikdə;
75.3.6. işlədiyi media subyekti, yaxud fərdi olaraq müəllif hüquqları əsasında işlədiyi yeganə media subyekti Media Reyestrindən çıxarıldıqda;
75.3.7. fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə işləyən jurnalist vergi uçotundan çıxarıldıqda və ya sahibkarlıq fəaliyyəti dayandırıldıqda.
75.4. Jurnalist Media Reyestrindən çıxarıldıqda onun jurnalist vəsiqəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ləğv edilir və bu barədə onun veb-saytında məlumat yerləşdirilir.
75.5. Bu Qanunun 58.3-cü maddəsinə uyğun olaraq təqdim olunmuş məlumatlar əsasında audiovizual media subyektləri birbaşa Media Reyestrindən çıxarılır.
Maddə 76. Media sahəsində fəaliyyət göstərən şəxslər üçün güzəştlər və imtiyazlar
76.1. Media Reyestrinə daxil edilmiş şəxslər üçün aşağıdakı güzəşt və imtiyazlar müəyyənləşdirilə bilər:
76.1.1. media subyektlərinə dövlət orqanları (qurumları) tərəfindən rəsmi elan və sosial reklamların sifarişi;
76.1.2. media subyektlərinin işçilərinin və jurnalistlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilən təlimlərdə ödənişsiz və ya güzəştli əsaslarla iştirakı;
76.1.3. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilən dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlər üzrə layihələrdə iştirakı;
76.1.4. maliyyə xarakterli güzəşt və imtiyazlardan (güzəştli kreditlərdən yararlanmaq daxil olmaqla) istifadə;
76.1.5. sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması ilə bağlı güzəştlərdən yararlanma.
9-cu fəsil
Yekun müddəalar
Maddə 77. Bu Qanunun pozulmasına görə məsuliyyət
77.1. Bu Qanunun tələblərinin pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsi ilə müəyyən edilmiş hallarda məsuliyyət daşıyırlar.
77.2. Mediada yayılmış həqiqətə uyğun olmayan məlumata görə redaksiya, eləcə də jurnalist aşağıdakı hallarda məsuliyyət daşımır:
77.2.1. həmin məlumat dövlət orqanlarının (qurumlarının) vəzifəli şəxsləri və ya onların mətbuat xidmətləri tərəfindən rəsmi yayılmışdırsa;
77.2.2. həmin məlumat informasiya agentliklərindən və ya idarə, müəssisə, təşkilat, siyasi partiya və qeyri-hökumət təşkilatlarının mətbuat xidmətləri tərəfindən yayılmışdırsa;
77.2.3. həmin məlumat Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının, dövlət orqanlarının (qurumlarının), bələdiyyələrin, idarə, müәssisә, təşkilat və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, habelə vəzifəli şəxslərin rəsmi çıxışlarında olduğu kimi təkrar edilmişdirsə;
77.2.4. həmin məlumat canlı yayımla efirə gedən çıxışlarda səsləndirilmişdirsə.
Maddə 78. Keçid müddəalar
78.1. Bu Qanun qüvvəyə mindiyi tarixdən 6 (altı) ay ərzində bu Qanunun 52.2-ci maddəsində nəzərdə tutulmuş sənədlər kağız və ya elektron formada təqdim edildikdən sonra Şura tərəfindən bu Qanun qüvvəyə minənədək fəaliyyət göstərən teleradio yayımı sahəsində lisenziya sahiblərinə aşağıdakı lisenziyalar ödənişsiz əsaslarla verilir:
78.1.1. ümumölkə televiziya və radio yayımçılarına – ümumölkə yerüstü televiziya yayımçısı və ümumölkə yerüstü radio yayımçısı lisenziyası;
78.1.2. regional televiziya və radio yayımçılarına – regional yerüstü televiziya yayımçısı və regional yerüstü radio yayımçısı lisenziyası;
78.1.3. kabel yayımçılarına istifadə etdikləri yayım üsullarından (kabel, İPTV, OTT, mobil TV və peyklə kodlanmış yayım siqnalları) asılı olaraq – sadə platforma operatoru lisenziyası və universal platforma operatoru lisenziyası;
78.1.4. radiotezliklərdən istifadə etməklə fəaliyyət göstərən kabel yayımçılarına – multipleks operatoru lisenziyası;
78.1.5. peyk yayımçılarına – peyk yayımı həyata keçirən platforma yayımçısı lisenziyası.
78.2. Azərbaycan Respublikasında rəqəmsal radio yayımına tam keçid təmin olunanadək fəaliyyət göstərən ümumölkə və regional radio yayımçıları infrastruktur və ya multipleks operatorunun retranslyasiya funksiyasını həyata keçirə bilərlər.
78.3. Bu Qanun qüvvəyə minənədək fəaliyyət göstərən çap mediası və onlayn media subyektləri bu Qanunda nəzərdə tutulmuş Media Reyestri formalaşdığı tarixdən 6 (altı) ay müddətində bu Qanunun 73.6-cı maddəsində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət etməlidir.
78.4. Bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.