Prezident İlham Əliyev Brüsseldə NATO-nun baş katibilə görüşəcək

14-12-2021, 08:00           
Prezident İlham Əliyev Brüsseldə NATO-nun baş katibilə görüşəcək
Dekabrın 14-də Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevin NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşü olacaq. Turan İnformasiya Agentliyi bildirir ki, görüş başa çatdıqdan sonra brifinq keçiriləcək.

Həmçinin Əliyev Şimali Atlantika Alyansının iclasında iştirak edəcək.

Xatırladaq ki, dekabrın 15-də Brüsseldə Avropa İttifaqı Şərq Tərəfdaşlığı Şurasının iclası keçiriləcək.

İclas başa çatdıqdan sonra Avropa Şurasının rəhbəri Şarl Mişelin təşəbbüsü ilə İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru