Eldar Əzizov “... cənab Prezidentin yürütdüyü bu siyasət yeganə düzgün, alternativsiz və müvəffəqiyyət qazandıracaq siyasətdir və xalqımız bu siyasəti yekdilliklə dəstəkləyir”.
31-03-2016, 17:09
Səbaildə yeni kitab çap olunacaq
teref.az - Eldar Əzizov “... cənab Prezidentin yürütdüyü bu siyasət yeganə düzgün, alternativsiz və müvəffəqiyyət qazandıracaq siyasətdir və xalqımız bu siyasəti yekdilliklə dəstəkləyir”.
Azərbaycan Dövlət Pedaqoji Universitetində Səbail Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı və Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə “31 mart azərbaycanlıların soyqırımı günüdür” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Tədbirdə rayon rəhbərliyi ilə yanaşı Milli Məclis üzvləri, rayonun hüquq-mühafizə orqanlarının, elm, təhsil, mədəniyyət və din xadimləri, ziyalıların, gənclərin, ağsaqqalların, veteranların və ictimaiyyətin, YAP Səbail rayon təşkilatının təmsilçiləri, pedaqoji universitetin müəllim və tələbələri iştirak etmişlər.
Konfransın işini açıq elan edən Səbail Rayon İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov qeyd etmişdir ki, 1918-ci ildə Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində ermənilər tərəfindən minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv etmiş, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmışlar. Daha bir soyqırım hadisəsi 1992-ci ilin fevralında Xocalıda baş vermişdir.
Ümummilli liderimiz Heydər Əliyevin səyləri ilə uzun illər gizli saxlanılan həqiqətlər açıldı, Ulu öndərin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların Soyqırım günü elan edildi. Bununla da Azərbaycan tarixində erməni məsələsinə münasibətdə yeni strategiya müəyyənləşdi.
Eldar Əzizov qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlətçilik maraqlarımızın qorunmasında, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması istiqamətində qəti və prinsipial mövqe nümayiş etdirir. Dövlət başçımızın yorulmaz fəaliyyəti sayəsində Azərbaycan inkişaf edib möhkəmlənərək dünyanın aparıcı ölkələri sırasında öz layiqli yerini tutub. Qarabağ probleminin həlli istiqamətində mərhələli addımlar atılır, ölkənin iqtisadi gücü artır və siyasi nüfuzu güclənir. Ermənistan isə əksinə bizim uğurlarımız fonunda daha da zəifləyir.
Eldar Əzizov vurğulamışdır ki, cənab Prezidentin yürütdüyü bu siyasət yeganə düzgün, alternativsiz və müvəffəqiyyət qazandıracaq siyasətdir və xalqımız bu siyasəti yekdilliklə dəstəkləyir.
Daha sonra çıxış edən YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev və Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Yusif Məmmədov 1918-ci il hadisələri, sonrakı illərdə Ermənilərin Azərbaycan xalqına qarşı təcavüz faktları, onların beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində görülmüş və görüləsi işlər barədə danışmışlar.
Konfransda ADPU-nin professor, dosent, müəllim, magistr və tələbələri XX əsrin müxtəlif dövrlərində Azərbaycanlıların məruz qaldıqları soyqrım faktları, Ermənilər tərəfindən Azərbaycan torpaqlarının işğalı ilə bağlı uzun illər həyata keçirdikləri planları, Xocalı faciəsi və mövcüd Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin nəticələri ilə bağlı məruzələrlə çıxış etmişlər.
Sonda elmi-praktik konfrans iştirakçıları adından yekdilliklə bəyanat qəbul olunmuş, məruzələrin bir daha işlənərək kitab şəklində buraxılması qərara alınmışdır.
teref.az