Kamçatkada vulkan püskürməsi: 2 kənd külə qərq oldu – VİDEO

Bu gün, 07:54           
Kamçatkada vulkan püskürməsi: 2 kənd külə qərq oldu – VİDEO
Kamçatkada Klyuçevskaya Sopka vulkanının püskürməsi nəticəsində iki kənd külə qərq olub.

Referans oxu.az-a istinadən bildirir ki, bu barədə “Amur Mash” “Telegram” kanalı məlumat verib.

Məlumata görə, Klyuçi və Ust-Kamçatsk kəndləri vulkandan cəmi bir neçə onlarla kilometr aralıda yerləşir.

Yerli sakinlərin bildirdiyinə görə, ətrafda o qədər tefra (piroklastik süxurlar, vulkan partlayışları zamanı yaranan, maqma və digər materialların

havaya atılması nəticəsində meydana gələn süxurlardır. Tərkibinə görə müxtəlif ölçüdə və formada, tüstü, toz və parçalar şəklində olur – red.) var

ki, üzərində rəsm çəkmək olur. Göydən tozcuqlar yağmağa davam edir. İnsanlara fərdi mühafizə vasitələri verilir.

Qeyd edilir ki, nəhəng vulkan 12 kilometr uzunluğunda tüstü sütunu buraxıb, şleyf Komandor adalarına qədər çatıb. Hər şey alimlərin

proqnozlaşdırdığı kimi gedir, belə ki, artıq sabah (9 avqust) ən təhlükəli mərhələ başlaya bilər – Boqdanoviç buzlağından partlayış buxarları və palçıq axınları magistral yolu yuya bilər.

Xatırladaq ki, daha əvvəl “Kamçatka vulkanları” təbiət parkları şəbəkəsinin “Telegram” kanalı Kamçatkada Klyuçevski vulkanının cənub-

qərb yamacı ilə axan lava axınının Boqdanoviç buzlağına doğru hərəkət etdiyini yazmışdı. Uzunluğu bir kilometrdən çox olan axın isə yarımadanın

ən böyük buzlaqlarından birini əridə və bu da Studyonaya çayının yatağında sel axınına səbəb ola bilər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru