ABŞ və Ermənistan arasında üç sənəd imzalanıb

Bu gün, 10:28           
ABŞ və Ermənistan arasında üç sənəd imzalanıb
Avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında danışıqların yekunu üzrə üç sənəd imzalanıb.

Bunu Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan "Facebook" sosial şəbəkəsində yazıb.

O bildirib ki, Ermənistan və ABŞ hökumətləri arasında üç əsas istiqamət üzrə strateji əməkdaşlığın dərinləşdirilməsi məqsədilə anlaşma memorandumları imzalanıb.

Bunlar "Sülh kəsişməsi" layihəsinin potensialının inkişafı sahəsində əməkdaşlıq, süni intellekt və yarımkeçiricilər sahəsində innovativ tərəfdaşlıq, eləcə də enerji təhlükəsizliyi sahəsində tərəfdaşlığa dair memorandlardır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru