Aİ Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşması prosesini dəstəklədiyini bildirib

Bu gün, 10:17           
Aİ Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşması prosesini dəstəklədiyini bildirib
"Avropa İttifaqı (Aİ) Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampın ev sahibliyi etdiyi bugünkü görüşünü alqışlayır".

Bu barədə Aİ Şurasının prezidenti Antonio Kosta və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin birgə bəyanatında deyilir.

Bildirilir ki, bu gün imzalanan sənədlər həm Ermənistan, həm də Azərbaycan üçün böyük bir irəliləyişdir:

"Bu, hər iki ölkə və bütün region üçün davamlı sülhə yol açır, eyni zamanda Aİ-nin uzun illər ərzindəki səylərini yekunlaşdırır. İndi Ermənistan və Azərbaycan arasında münasibətlərin tamhüquqlu normallaşması istiqamətində davamlı və fasiləsiz irəliləyişi təmin etmək üçün razılaşdırılmış addımların vaxtında həyata keçirilməsi vacibdir".

Bəyanatda vurğulanır ki, Aİ Ermənistan və Azərbaycan arasındakı münasibətlərin normallaşması prosesini qətiyyətlə dəstəkləyir və regional sülhə, sabitliyə və rifaha hər cür dəstək olmağa hazırdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru