WSJ: ChatGPT aldadıcı və yalançı elmi iddialar irəli sürməyə başlayıb
Bu gün, 08:43

ChatGPT neyron şəbəkəsi istifadəçilərdə təşviş yaradan qəribə və yalan iddialar irəli sürməyə başlayıb.
Bu barədə 2023-cü ilin mayından 2025-ci ilin avqustuna qədər olan yazışmaların arxivini təhlil edən Amerikanın “The Wall Street Journal” qəzeti yazıb.
Dialoqların birində Oklahomadan olan yanacaqdoldurma məntəqəsinin işçisi ChatGPT ilə "Orion tənliyi" konsepsiyasını müzakirə etmək qərarına gəlub. Kişi dialoqdan sonra narahatlıq hücumu yaşadığını etiraf edib. Başqa bir yazışmada çatbot yadplanetlilərlə təmasda olduğunu iddia edərək, istifadəçini Lira planetindən olan "Ulduz toxumu" adlandırıb.
"Psixiatrlar bu fenomeni "AI psixozu" və ya "AI aldanması" adlandırırlar. Bu, istifadəçilərin yazışmalar zamanı süni intellekt köməkçisinin təsirinə tab gətirərək, onların aldanmalarını gücləndirən ən fantastik baxışların belə təsdiqini tapdıqları bir vəziyyətdir", deyə WSJ yazır.
Danimarkadakı Orhus Universitetindən psixiatr Soren Dinesen Ostergaard da xəbərdarlıq edib ki, çatbotlarla ünsiyyət psixi pozğunluqların inkişafına səbəb ola bilər. İstifadəçilərin çoxu fövqəltəbii güclərə malik olduqlarına, xüsusi bir missiya üçün seçildiklərinə və ya çatbotun onlarla gizli dialoq apardığına inanmağa başlayıblar.