“TRAMP MARŞRUTU” ÜZRƏ RAZILIQ ƏLDƏ OLUNUB – ABŞ rəsmilərindən ilk açıqlama

Bu gün, 09:58           
“TRAMP MARŞRUTU” ÜZRƏ RAZILIQ ƏLDƏ OLUNUB –
Bu gün Vaşinqtonda keçirilən ABŞ-Azərbaycan-Ermənistan sammiti ilə bağlı yüksək vəzifəli amerikalı rəsmilər jurnalistlər üçün brifinq keçiriblər. Rəsmilər təsdiqləyiblər ki, sülh sazişinin əsas elementi “Trump Route” və ya TRIPP adlanan layihədir.

Onların sözlərinə görə, bu marşrut həm Ermənistanın suverenliyinə hörmətlə yanaşacaq, həm də Azərbaycanın Naxçıvan bölgəsi ilə maneəsiz əlaqəni təmin edəcək. Layihə Qərb üçün mühüm geosiyasi qələbə kimi təqdim olunur.

ABŞ rəsmiləri bildiriblər ki, “Tramp Marşrutu” Rusiya və İranın regiondakı təsirini zəiflədəcək, Cənubi Qafqazdan Avropaya ticarət və enerji daşınması üçün hər iki ölkəni yan keçən birbaşa əlaqə yaradacaq.

Vaşinqton administrasiyası artıq yol xəritəsinin detallarını icra etmək üçün işçi qruplarının fəaliyyətə başlayacağını açıqlayıb. “Tramp Marşrutu” üzrə danışıqların gələn həftə başlanması gözlənilir.

ABŞ rəsmisinin sözlərinə görə, layihəyə indiyədək doqquz fərqli operator maraq göstərib, onlardan üçü ABŞ şirkətləridir. Layihə xeyriyyə məqsədli deyil, kommersiya əsaslı təşəbbüs kimi nəzərdə tutulur və “nəsillər boyu sülhün təmin edilməsinə” xidmət edəcək.

Rasim Əliyev

“AzPolitika.info”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru