Son Dəqiqə! Ağ Ev Zəngəzur dəhlizi barədə yeni təfərrüatları AÇIQLADI

Dünən, 23:23           
Son Dəqiqə! Ağ Ev Zəngəzur dəhlizi barədə yeni təfərrüatları AÇIQLADI
Ağ Evin mətbuat katibinin müavini Anna Kelli bildirib ki, Tramp, Əliyev və Paşinyan bu gün Cənubi Qafqazda ən vacib tranzit marşrutunun işlənib hazırlanması ilə bağlı sülh müqaviləsi üzərində işləri yekunlaşdıracaqlar.
TEREF KONKRET.az-a istinadla xəbər verir ki, layihə Ermənistan qanunvericiliyi çərçivəsində həyata keçiriləcək. İşçi qruplar yaxın aylarda yol xəritəsinin müddəalarının tam icrası üzərində dərhal işləməyə başlayacaqlar.

Gözlənilir ki, gələn həftə tranzit marşrutunun idarə olunması üçün ABŞ-ın hansı strukturlarının məsuliyyət daşıyacağına dair rəsmi danışıqlar başlanacaq.

“Prezident Tramp bu gün danışıqlar qrupu yaradılması ilə bağlı fərman imzalayacaq”, — deyə Kelli məlumat verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru