Mehriban Əliyeva: "Bu tarixi hadisə münasibətilə xalqımızı təbrik edirəm!"

Bu gün, 09:27           
Mehriban Əliyeva: "Bu tarixi hadisə münasibətilə xalqımızı təbrik edirəm!"
Birinci vitse-prezident Mehriban Əliyeva "Instagram" hesabında Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampla və Ermənistanın Baş naziri Nikol Paşinyanla Vaşinqtondakı görüşündən fotolar paylaşıb.

Oxu.Az xəbər verir ki, paylaşımda deyilir:

"Bu gün Vaşinqtonda Azərbaycan Prezidenti, Amerika Birləşmiş Ştatlarının Prezidenti və Ermənistanın Baş naziri tərəfindən Birgə Bəyannamə imzalandı və sülh sazişi paraflanmaqla yekun sülh sazişi istiqamətində mühüm addım atıldı.

Bu tarixi hadisə münasibətilə xalqımızı təbrik edirəm!

Qoy, hər zaman sülh olsun! Torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhidlik zirvəsinə yüksəlmiş qəhrəman oğullarımıza Allah rəhmət eləsin! Uca Tanrı hər zaman doğma Azərbaycanımızı qorusun!"












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru