Lukaşenko qərar verdi: Növbəti prezident seçkilərində qatılmaycaq

Bu gün, 09:44           
Lukaşenko qərar verdi: Növbəti prezident seçkilərində qatılmaycaq
Belarus Prezidenti Aleksandr Lukaşenko növbəti müddətə prezidentliyə namizədliyini irəli sürməyi planlaşdırmır.

XALQ xəbər verir ki, Lukaşenko bu barədə “Time” jurnalına müsahibəsində danışıb.

“Xeyr, artıq planlaşdırmıram”, – deyə o bildirib.

Xatırladaq ki, 70 yaşlı A.Lukaşenko 1994-cü ildən sözügedən vəzifəni tutur. Belə ki, Belarus lideri 1994, 2001, 2006, 2010, 2015, 2020 və 2025-ci illərdə keçirilən seçkilərdə iştirak edib, sonuncu dəfə cari ilin yanvarında baş tutan prezident seçkilərində 86,82 faiz səslə qalib gəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru