İstehlakçıların müdafiəsi üçün yeni tələblər müəyyən edilir

2-03-2022, 12:55           
İstehlakçıların müdafiəsi üçün yeni tələblər müəyyən edilir
Azərbaycanda istehlakçıların qanuni mənafelərinin müdafiəsi iləbağlı yeni tələblər müəyyən edilir.

Trend-inməlumatına görə, bu barədə məsələ yeni hazırlanan "Qidatəhlükəsizliyi haqqında" qanun layihəsinin ilkin versiyasındaəksini tapıb.

Qanun layihəsi qida məhsulları istehlakçılarının hüquqlarının vəqanuni mənafelərinin müdafiəsinə, istehlakçıların qida məhsullarıilə bağlı dolğun və düzgün məlumat almasına dair tələbləri müəyyənedir.

Belə ki, qanun layihəsində qida məhsullarının təhlükəsizliyi vəkeyfiyyəti sahəsində istehlakçıların hüquqlarının pozulmasınagətirib çıxaran və ya gətirib çıxara bilən hərəkətlərin qarşısınınalınması; istehlakçıları aldatmaqla barəsində saxta və (və ya)yalan məlumat verilən qida məhsullarının ilkin istehsalının,istehsalının, emalının və dövriyyəsinin qarşısının alınması; qidaməhsullarının istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dairistehlakçını aldadan hər hansı digər fəaliyyətin qarşısınınalınması nəzərdə tutulur.

Qeyd edək ki, qanun layihəsinin Milli Məclisin yaz sessiyasıçərçivəsində müzakirəyə çıxarılması nəzərdə tutulur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru