Türkiyə, Azərbaycan, Rusiya və Ukrayna masaya oturur? - GƏLİŞMƏ

3-03-2022, 12:40           
Türkiyə, Azərbaycan, Rusiya və Ukrayna masaya oturur? - GƏLİŞMƏ


Türkiyə, Azərbaycan, Rusiya və Ukrayna masaya oturur? - GƏLİŞMƏ
Tarix: Bu gün, 08:52 | Çap et
Türkiyə, Azərbaycan, Rusiya və Ukrayna masaya oturur?
Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukraynaya müraciət edib.

“Bizim çağırışımız həm Rusiyaya, həm də Ukraynayadır ki, atəş mümkün qədər tez kəsilsin və həm Rusiya, həm də Ukrayna burada dünya sülhünə yaxşı töhfə versin”, - deyə Türkiyə Prezidenti bildirib. Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan Rusiya-Ukrayna gərginliyi başladıqdan bəri iki ölkə arasında vasitəçi olmaq üçün dəfələrlə bəyanat verib. O, hətta tərəflər arasındakı münaqişənin həll olunması üçün Vladimir Putin və Vladimir Zelenski ilə görüşlər də keçirib. Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra da Türkiyə lideri atəşkəsin yaranması üçün hər iki ölkəyə çağırışlar edib.

Həmçinin, Vladimir Zelenski də Vladimir Putin ilə danışıqları İstanbulda keçirə biləcəyini bəyan edib. Onu da nəzərə almaq lazımdır ki, həm Rusiyanın, həm də Ukraynanın Türkiyə ilə kifayət qədər güclü əlaqələri var. Bu, rəsmi Ankaranın vasitəçiliyinə zəmin yaradır. Rəcəb Tayyib Ərdoğan Rusiya-Ukrayna müharibəsinin bitirməsi istiqamətində addımları davam etdirir.

Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi ilə Rusiya-Ukrayna danışıqları başlaya bilər? Teref.az-ın məlumatına görə, politoloq Yeganə Hacıyeva Cebhe.info-ya açıqlamasında bildirib ki, Rusiya-Ukrayna gərginliyinin bütün mərhələsində Türkiyə tərəflər arasında sülhün yaranmasında təşəbbüskar olub:

"Bunun da bir neçə əsasları var. Məsələ ondadır ki, Türkiyənin bütün siyasi elitası bir neçə təbəqədən ibarətdir. O təbəqələrdən biri də etnik Krım tatarlarından ibarət türklərdir. Onlar isə Türkiyədə geniş şəbəkələrə malikdirlər. Buraya maliyyə, bank və elmi şəbəkələr daxildir. Yəni Türkiyə dövlətinin bütün təbəqələrində Krımdan olan etnik türklərin təmsilçiliyi var. Bu isə Osmanlı dövründən başlayıb. Təbii ki, həmin qüvvələr də ana vətənləri olan Krım mövzusunda həm təşəbbüskar, həm də narahatdırlar. Onu da nəzərə almaq lazımdır ki, Rəcəb Tayyib Ərdoğanın da ailə üzvləri arasında Krım türkləri var. Ona görə də bu mövzu Ərdoğan üçün çox önəmlidir".

Həmsöhbətimiz deyib ki, Rusiyanın bütün səylərinə baxmayaq, Krımı ruslaşdırmaq mümkün olmayıb:

"Krım yüz ildən artıqdır Rusiyanın tərkibində olsa da, tarixən Türkiyənin nüfuz dairəsində olub. Bu illər ərzində Krım tatarları arasında ruslaşdırılma deyil, assimilyasiya ilə ukraynalılaşma gedib. Onu da nəzərə almaq lazımdır ki, əslində Ukrayna və Rusiya fərqli millətdirlər. Onlar eyni xalq deyil".

Yeganə Hacıyevanın sözlərinə görə, Qərb təkcə Ukraynanı deyil, həm də öz maraqlarını müdafiə edir:

"Rusiya da öz maraqları naminə Ukraynaya müdaxilə edir. Ümumiyyətlə, Rusiya bu müharibədə çox haqsızdır. Çünki onlar beynəlxalq hüququ çeynəyərək Ukrayna ərazilərini işğal ediblər".

Politoloq əlavə edib ki, Türkiyə Rusiya-Ukrayna arasında müharibənin dayanmasına töhfə verə bilər:

"Türkiyə Krıma münasibətində hakimiyyət daxilində vacib sifariş var. Bu isə konfliktin bütün mərhələlərində özünü biruzə verib. Rusiya-Ukrayna müharibəsinin bitməsinə qlobal güc qüvvələrindən sadəcə Türkiyə töhfə verə bilər. Rəsmi Ankara bu məsələdə səmimi və təşəbbüskar olduğu üçün müəyyən nəticələr əldə olunması gözlənilir".

Politoloq sülh danışıqları prosesində Azərbaycanın da xüsusi rolunu vurğulayıb:

"Həmçinin, bu istiqamətdə Azərbaycan Prezidenti İlham Əliyev də təşəbbüskardır. Azərbaycan və Türkiyə Rusiya-Ukrayna müharibəsinin dayanması üçün çalışır. Ümumiyyətlə, danışıqların başlaması ilə bağlı müzakirələr Türkiyə, Azərbaycan, Rusiya və Ukrayna formatında gedir. Bu da təbiidir. Çünki Ukraynada 500 minə yaxın etnik azərbaycanlılardan ibarət nüfuz var. Ukrayna Azərbaycan dövlətinə yaxın və çox vacib bir ölkədir. Düşünürəm ki, müharibənin bitməsi və sülhün yaranmasında Azərbaycan ilə Türkiyə vasitəçilik edə bilər".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru