Ermənilər həm Zəngəzur dəhlizinin açılmasına çalışacaq, həm də... - Professorun şərhi

4-03-2022, 10:22           
Ermənilər həm Zəngəzur dəhlizinin açılmasına çalışacaq, həm də... - Professorun şərhi
“Ermənistan tərəfi elan edib ki, Zəngəzur dəhlizinin işə düşməsi üçün Arazdəyən-Mehri xəttinin bərpasına başlayacaq. Hesab edirəm ki, bu müsbət hadisədir və dəhlizin açılması üçün atılan addımıdır. Bu dəhliz açılmalı və işləməlidir. Başqa variant yoxdur. Ermənilər də az-çox bu dəhlizin imkanlarından yararlana biləcəklər”. DİA.AZ xəbər verir ki, bunu Reyting.az-a professor Rüstəm Məmmədov deyib.

Onun fikrincə, Ermənistan hakimiyyəti Azərbaycan və Rusiya tərəfindən imzalanan və İrəvanın da qoşulduğu müqavilələrin həyata keçirilməsinə qarşı olsa da, bunları icra etməyə məcburdur: “Çünki Azərbaycanın dəmir yumruğu hər zaman Ermənistanın başında olacaq. Bu mənada onlar öz ərazilərindən keçən dəmir yolunu tikəcəklər”.

Professor əlavə edib ki, indi Ermənistan siyasi baxımdan qaynayır:

“Mənim ehtimallarıma görə, indi İrəvandakı siyasətçilər Ukraynadakı proseslərin nəticəsini gözləyirlər. Aydındır ki, Ermənistan möhkəm qorxuya düşüb. Rusiya Ukraynada istəklərinə çatsa, mümkündür ki, növbəti mərhələdə Nikol Paşinyanın hakimiyyətdə qalması çətinləşsin. Bu səbəbdən də Paşinyan tələsir, Zəngəzur dəmir yolunun öz ərazisindən keçən hissəsini tikir, Azərbaycanla sülh sazişi bağlamağa hazır olduğunu elan edir. Bütün bunlar bizim maraqlarımıza uyğundur. Biz də istəyirik ki, beynəlxalq hüquq əsasında Ermənistanla sülh bağlansın, əlaqələr, kommunikasiyalar açılsın, bölgədə bütün ölkələr arasında ticarət həyata keçirilsin”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.