Putinin yeni hədəfi Qara dənizdir - ŞOK İDDİA

5-03-2022, 11:03           
Putinin yeni hədəfi Qara dənizdir - ŞOK İDDİA
Britaniya mətbuatı Rusiya prezidenti Vladimir Putinin Qara dənizə göz dikdiyini yazıb.

Manset.az xəbər verir ki, iddialara görə, Ukraynanın ən böyük liman şəhəri və ticarət mərkəzi olan Odessa da Qara dəniz üzərində Rusiyanın işğalı ilə üzləşə bilər. Putinin Odessanı da ələ keçirməklə Ukraynanı Qara dənizdən qoparmağı hədəflədiyi qeyd edilir.

Putinin planı Ukraynanı iki yerə bölmək və şimal bölgəsini müharibəni davam etdirmək üçün lazım olan resurslardan məhrum etməkdir. Onun bu mühasirə taktikasını 2000-ci ildə Çeçenistanda tətbiq etdiyi vurğulanıb.

Putin ordularının Dnepr çayını keçərək Ukraynanı ikiyə bölməsinin gözlənildiyi, orduların həm qərbə, həm də şimala doğru irəliləyərək Kiyevə hücum edəcəyi iddia edilib.
Buna uyğun olaraq, liman şəhəri Mariupol mühasirəyə alınarkən Putinin qoşunları gözlərini ölkənin üçüncü böyük şəhəri olan Odessaya dikib. Bu bölgənin ölkənin həm ticarət limanı, həm də Qara dənizə nəzarət baxımından əhəmiyyətinə diqqət çəkilib.

Ukrayna hakimiyyəti Rusiya ordusunun Xersonu ələ keçirdikdən sonra Qara dəniz liman şəhərindəki 300 min nəfərlik yerli hökumət qərargahını ələ keçirdiklərini təsdiqləyib.

Qara dəniz liman şəhəri və Ukraynanın əsas hərbi dəniz bazası Krım yaxınlığında qalaqlanan onlarla döyüş gəmisini gördükdən sonra Rusiyanın hücumuna hazırlaşır. Mer hava hücumundan müdafiə sistemlərinin sınaqdan keçirildiyini və çimərliklərə mina basdırılmağa başladığını açıqlayıb. Ukraynanın müdafiə nazirinin müavini bildirib ki, şəhər yaxınlığında Rusiyanın raket və ya artilleriya atəşi ilə bağlı xəbərlər də var.

Bildirilib ki, onlar hücuma hazır olsalar da, hələlik liman şəhərinə qarşı Rusiyanın böyük hərbi əməliyyatı olmayıb.

Gülçin Nağıyeva












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.