Atəşkəsi qoruya bilməyən sülhməramlılar - VİDEO

8-03-2022, 13:11           
Atəşkəsi qoruya bilməyən sülhməramlılar - VİDEO
Son günlər sülhməramlıların müvəqqəti yerləşdikləri ərazilərdə ermənilərin atəşkəsi pozması deməyə əsas verir ki, Andrey Volkov (sülhməramlı kontingentin komandanı) üzərinə düşən vəzifəni icra edə bilmir.

Maraqlısı odur ki, Volkovun xidməti dövründə atəşkəs hallarının pozulması sələflərinin dövrü ilə müqayisədə daha intensiv hal alıb. Belə olan halda isə təbii ki, Azərbaycanın haqlı olaraq sülhməramlılara etimadı azalır.

Atəşkəsin pozulmasında sülhməramlıları günahkar bilməyimiz əbəs yerə deyil. Çünki Vətən müharibəsində darmadağın olan, üstündən il yarım keçməsinə baxmayaraq hələ də iflic vəziyyətdə qalan başıpozuq silahlı qruplaşmanın buna cəsarəti çatmazdı. Görünür onların bu dırnaqarası hünəri məhz sülhməramlılardan qaynaqlanır.

Düşünülür ki, ya sülhməramlılar ermənilərin əlində yumşaq desək oyuncağa çevrilib, bir söz deyə bilmirlər, ya da qəsdən göz yumurlar. Bu isə onsuz da fəaliyyəti qənaətbəxş olmayan sülhməramlıların, uğursuz damğasının onlara necə yaraşdığını bir daha sübut edir. Volkov kimi sülhməramlı hərbçilərin fəaliyyəti Azərbaycanla Ermənistan arasında sülhün yaranmasında Rusiyanın gördüyü işlərə də kölgə salır.

Ətraflı Baku TV-nin süjetində:














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.