Təbii qazın qiyməti rekord həddə çatdı - VİDEO

8-03-2022, 18:29           
Təbii qazın qiyməti rekord həddə çatdı - VİDEO
Son vaxtlar Avropa qaz bazarı yeni qiymət rekordları qırmaqda davam edir. Avropa birjasında mavi qazın qiyməti tarixi rekordunu yeniləyərək, 1000 kubmetr üçün 3600 ABŞ dollarını ötüb. Yaranmış vəziyyətdə beynəlxalq reytinq agentlikləri cari qiymət artımı dinamikasını və sabit tədarüklə bağlı problemi nəzərə alaraq, Avropada təbii qazın növbəti illər üzrə qiymət proqnozlarını artırıb.

Avropanın qaz ehtiyacının 1.5 faizini qarşılayan Azərbaycan isə cari ildə Avropaya 10 mrld kub metr qaz nəql etmək niyyətindədir. Bütövlükdə, enerji resurslarının dünya bazarında qiymətinin artması dövlət gəlirlərimizin həcminin artması baxımından önəmlidir.

Nəticə etibarilə, mavi qazın qiymətində müşahidə olunan artım həm də enerji gəlirlərində diversifikasiya səbəbindən vacibdir. Çünki bu, artıq enerji balansında yalnız xam neftin deyil, həm də mavi qazın payının artmasına gətirib çıxarır.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.