KİYEVƏ HÜCUM DAYANDIRILDI, RUS GENERAL VƏ ZABİTLƏR MƏHV EDİLDİ - Rus əsgərləri əsir düşür, işğalçı qətliama başlayıb + VİDEOLAR (Yenilənib)

9-03-2022, 07:59           
KİYEVƏ HÜCUM DAYANDIRILDI, RUS GENERAL VƏ ZABİTLƏR MƏHV EDİLDİ -
Ukrayna hərbçiləri Yasnoqorodka və Puşça-Voditsa vasitəsilə Kiyevə daxil olmağa çalışan rusiyalı hərbçilərin qarşısını alıb.

Bu barədə deputat Viktoriya Syumar “Facebook” səhifəsində məlumat verib.

“Kiyev bölgəsindəki müsbət xəbərlər barədə. Rusiya silahlıları İrpendəki Jitomir şossesindən daha da uzağa, Yasnoqorodka və Beloqorodkaya tərəf keçməyə çalışırlar. Beləliklə, Yasnoqorodkada bizimkilər onları geri atdılar. İndi ərazidə onların çoxlu cəsədləri qalıb. Həmçinin, Puşça-Voditsa vasitəsilə Kiyevə daxil olmaq cəhdi də baş tutmayıb.”, - deputat bildirib.

Ukraynanın Nikolayev vilayətində gedən döyüşlər zamanı Rusiya ordusunun daha onlarla hərbçisi əsir alınıb. virtualaz.org xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlara əsasən üst-başları palçıq içində olan əsirlər əllərini qaldırmış vəziyyətdə sıra ilə gedirlər.

Xatırladaq ki, indiyədək Rusiya ordusunun 2 mindən çox hərbçisinin əsir alındığı bildirilir. Ukrayna hərbçiləri deyirlər ki, Rusiya əsgərlərinin döyüşmək üçün motivasiyası aşağıdır və bəzən döyüş başlayan kimi texnikanı atıb qaçırlar.

Artıq Ukraynada qadınlar da fəal şəkildə ölkənin müdafiəsinə qoşulub. Qadınlardan ibarət növbəti belə qrup videomüraciət yayımlayıb.

“Biz ukraynalı qadınlar kişilərimizin torpaqlarımız uğrunda mübarizəsinə xeyir-dua vermişik. Biz artıq övladlarımızı təhlükəsiz yerlərə yerləşdirmişik. Millətimizin genofondu qorunur. Biz kişilərə və Ukrayna ordusuna qoşuluruq”, - deyə müraciətdə bildirilib.

Ukrayna ordusunun Rusiya qoşunlarına ağır zərbələr vurmaqda davam edir. Ukrayna ordusuna məxsus “Bayraktar TB2” pilotsuz uçuş aparatları Rusiya işğalçılarına qarşı döyüşlərdə fəal istifadə olunur. “Bayraktar TB2”lərin təyin olunmuş hədəflərə zərbə endirməsinin növbəti görüntüləri yayılıb.

Görüntülərdə Ukrayna ordusu pilotsuz uçuş aparatı vasitəsilə Rusiya ordusuna məxsus texnikaya zərbə endirib. Zərbə nəticəsində “Buk-M2” zenit raket kompleksi məhv edilib.

Ukrayna ordusunun Rusların tankını məhv etməsinin də görüntüləri yayılıb.Belə ki, kadrlarda ukraynalı hərbçi tank əleyhinə raketlə Rusiya tankına atəş açır. Ukraynalı hərbçilərin hədəfləri daha yaxşı müşahidə etmək üçün binaların damında mövqe tutduğu görünür.

Həmin görüntüləri təqdim edirik:

Ukrayna ordusu Rusiya ordusunun general-mayoru da Xarkov şəhəri yaxınlığında öldürülüb. Bu barədə Ukrayna Ordusunun Baş Kəşfiyyat İdarəsinin mətbuat xidməti məlumat yayıb.

"Xarkov yaxınlığında gedən döyüşlər zamanı Rusiya Mərkəzi Hərbi Dairəsinin 41-ci ordusunun komandanı, general-mayor, qərargah rəisi, komandanın birinci müavini Vitali Gerasimov məhv edilib. Həmçinin Rusiya ordusunun bir sıra yüksək rütbəli zabitləri məhv edilib və yaralanıb”, - məlumatda deyilir.

Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, Vitali Gerasimov ikinci Çeçenistan müharibəsində və Rusiyanın Suriyadakı hərbi əməliyyatlarında iştirak edib. "Krımın qaytarılmasına görə" medalını alıb.

Qeyd edək ki, martın əvvəllərində Ukrayna Silahlı Qüvvələri Rusiya Silahlı Qüvvələri 41-ci ordu komandanının müavini, 7-ci desant diviziyasının keçmiş komandanı general-mayor Andrey Suxovetskini öldürüb.

Savaşın 13-cü günündə Rusiyanın Ukraynadakı itkilərinin sayı da xeyli artıb. “AzPolitika.info” xəbər verir ki, bu gün günortaya olan məlumata görə, təxminən 12 min nəfər təşkil edib.

Qurumdan bildirilib ki, Ukrayna ordusu indiyə qədər ümumilikdə rus işğalçıların 303 tankını, 1036 BBM-ni, 120 artileriya sistemini, 56 MLRS-ni, 27 hava hücumundan müdafiə sistemini, 48 döyüş təyyarəsini, 80 helikopterini, 474 avtomobilini, 3 gəmisini, 60 yanacaq çənini, 7 PUA-sını məhv edib.

“Məlumatlar dəqiqləşdirilir. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi nəticəsində çətinləşir”, - məlumatda deyilir.

Bu arada Xarkov vilayətində rusiyalı hərbçilər İzyum şəhərinin mərkəzi xəstəxanasını dağıdıblar.

Bu barədə İzyum merinin humanitar məsələlər üzrə müavini Vladimir Matsokin “Facebook”-da məlumat verib.

“Bu, bizim Mərkəzi Şəhər Xəstəxanasının qəbul şöbəsidir. Yəqin ki, gizli NATO bazasıdır”, - o yazıb.

Matsokin xəstəxananın dağıdılması ilə bağlı foto və videogörüntüləri də yayımlayıb.

İrpenin keçmiş meri Vladimir Karplyuk isə Vorzel, Buça, Qostomel, Zabuçye və Mixaylovka-Rubejovka ərazilərində rusiyalı hərbçilərin törətdiyi dəhşətlərdən danışıb.

O, “Facebook”da yazıb ki, bu yaşayış məntəqələrində, xarici aləmlə əlaqə kəsilib. Bəzi yerlərdə ərzaq və su qurtarıb, işıq və istilik yoxdur.

“Bu gün mən Ukraynanın paytaxtı yaxınlığında ağır humanitar böhrana son qoymaq məqsədi ilə bütün beynəlxalq ictimaiyyətə müraciət edirəm. İrpendə, qonşu şəhər və qəsəbələrdə humanitar fəlakət yaşanır.

Vorzel, Buça, Qostomel, Zabuçye və Mixaylovka-Rubejovka Rusiya qoşunları tərəfindən tamamilə ələ keçirilib. Onlar yerli sakinlərin evlərini tərk etməsinə imkan vermir. Bəzən yaşayış binaları müxtəlif növ silahlardan atəşə tutulur.

İrpen, Buça, Qostomel, Vorzel, Mixaylovka-Rubejovka, Zabuçye artıq humanitar fəlakətin episentridir.

Sakinlərinin Kiyev vasitəsilə təxliyəsi üçün təcili olaraq təhlükəsiz yaşıl dəhliz lazımdır.

Əks halda itkilər təkcə silahlardan olmayacaq. Rusiyalı hərbçilər bu yaşayış məntəqələrinə humanitar yardımların daşınmasına imkan vermirlər”, - o qeyd edib.

Karplyukun sözlərinə görə, Rusiya qoşunları paytaxta növbəti hücum üçün Qostomel-Buça-İrpen-Qoreniçi sərhədi boyunca xətt təşkil edirlər. Yerli əhali ac və soyuq zirzəmilərdə girov kimi saxlanılır. (BAX: RUSİYA UKRAYNADA QƏTLİAMA BAŞLAYIB! - Minlərlə dinc sakin öldürülür, aclıq hökm sürür... + FOTOLAR)

Karplyukun sözlərinə görə, Rusiya qoşunları paytaxta növbəti hücum üçün Qostomel-Buça-İrpen-Qoreniçi sərhədi boyunca xətt təşkil edirlər. Yerli əhali ac və soyuq zirzəmilərdə girov kimi saxlanılır.

“Mən bütün beynəlxalq ictimaiyyəti İrpen şəhərinin mülki əhalisini ölümdən xilas etmək üçün səy göstərməyə çağırıram”, - keçmiş mer yazıb.

Bu gün Rusiya hərbçiləri Mariupolda da humanitar dəhlizə hücum edib. APA bildirir ki, bu barədə Birləşmiş Qüvvələr Əməliyyatının mətbuat mərkəzindən məlumat verilib.

Məlumatda bildirilib ki, qadınlar və uşaqlar şəhərdən kənara buraxılmayıb:“Mariupolun mülki əhalisinin yeganə marşrut üzrə təxliyəsi üçün şəhərin müdafiəçiləri bir sıra tədbirlər görüblər. Yollar minalardan təmizləndi, mühəndis maneələri götürüldü və s. Buna baxmayaraq, Rusiya hərbçiləri uşaqları, qadınları, qocaları şəhərdən buraxmırdılar. Onlar humanitar dəhliz istiqamətində hücuma keçib”.

Rusiya ordusu Ukrayna ərazisində zirehli döyüş maşınından (PDM) istifadə edərək minik avtomobilini atəşə tutması ərazidə olan təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Görüntülərdən aydın müşahidə etmək olur ki, zirehli döyüş maşınını idarə edən hərbçi mülki şəxsin idarə etdiyi avtomobil istiqamətinə üç dəfə atəş açır.

Atəşlərdən ikisi minik avtomobilinə dəyir və nəticədə sürücü sükan arxasında faciəvi şəkildə həyatını itirir.

Həmin görüntüləri təqdim edirik:

Ukraynanın Sumı şəhəri və şəhərətrafı əraziləri də Rusiya aviasiyası tərəfindən bombardman edilib. Hadisə nəticəsində yaşayış evləri dağıdılıb, mülki əhali arasında ölən və xəsarət alanlar var.

Rusiya ordusunu yaşayış evlərinə atılan bombalar nəticəsində Sumı şəhərində 18 dinc sakin, o cümlədən iki uşaq həlak olub. Bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşenko danışıb.

Onun sözlərinə görə, dağıntıların aradan qaldırılması prosesi davam edir.

Bombardmana məruz qalan digər ərazi Ukraynanın Sumı vilayətinin Axtırka şəhəri və Bitisa kəndi olub.

Yerli qurumlardan verilən məlumata əsasən, hazırda adı qeyd olunan şəhər və kəndin ərazisində xilasedicilər işləyir, əraziyə tibbi yardım briqadaları cəlb edilib.

Məlumata görə, Rusiya Federasiyasının Ukraynanın ərazisinə soxularaq hərbi əməliyyatlara başlamasından bu yana Ukraynada 41 uşaq ölüb.

"Seqodnya.ua” xəbər verir ki, bu barədə Ukraynanın ombudsmanı Lyudmila Denisova feysbuk səhifəsində məlumat verib. Onun bildirdiyinə görə, 76 uşaq da yaralanıb.
azpolitika.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.