Rusiya Müdafiə Nazirliyi Azərbaycanın SÖZÜNÜ HEÇƏ SAYDI - BU NƏDİ BELƏ?

10-03-2022, 12:14           
 Rusiya Müdafiə Nazirliyi Azərbaycanın SÖZÜNÜ HEÇƏ SAYDI - BU NƏDİ BELƏ?
“Rusiya sülhməramlıları Azərbaycanın iki avtomobil kolonunun “Dağlıq Qarabağ” ərazisindən təhlükəsiz müşayiətini təmin ediblər”.
Teref.az yeniavaz.com-a istinadla xəbər verir ki, bu barədə sülhməramlı kontingentin “Telegram” kanalındakı paylaşımında deyilir.
Bildirilir ki, hərbi avtomobil müfəttişliyinin hərbçiləri 10-a yaxın maşından ibarət tikinti materialları və ərzaq avtomobilləri kolonunu Şuşa-Qırmızı bazar marşrutu ilə və geriyə doğru müşayiət ediblər.
Xatırladaq ki, 7 martda Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsinin qəbuledilməz olduğu bildirilib.
Lakin görünən odur ki, Rusiya MN bu bəyanata məhəl qoymayaraq yenidən “Dağlıq Qarabağ” ifadəsini işlətməkdədir.
Qeyd edək ki, Rusiya sülhməramlı kontingenti ölkənin Müdafiə Nazirliyinin tabeliyindədir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru