Haaqa Məhkəməsi martın 16-da Ukraynanın Rusiyaya qarşı iddiası üzrə qərar verəcək

15-03-2022, 08:12           
Haaqa Məhkəməsi martın 16-da Ukraynanın Rusiyaya qarşı iddiası üzrə qərar verəcək
Beynəlxalq Haaqa Məhkəməsi martın 16-da Rusiyanın Ukraynadakı müharibəsi ilə bağlı Ukraynanın bu ölkəyə qarşı iddiası ilə bağlı qərar verəcək.

“Report” xəbər verir ki, bu barədə məhkəmənin açıqlamasında deyilir.

“Çərşənbə günü, 16 mart 2022-ci ildə BMT-nin əsas məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi Ukraynanın Soyqırımın Qarşısının Alınması və Cəzalandırılması Konvensiyasına uyğun olaraq soyqırım iddiaları ilə bağlı iş üzrə müvəqqəti tədbirlər görülməsi tələbi ilə bağlı qərarını verəcək”, - məhkəmənin açıqlamasında vurğulanır.

Qeyd edək ki, martın 7-də Beynəlxalq Haaqa Məhkəməsi Ukraynanın Rusiyanın müharibəni dayandırması üçün müvəqqəti tədbirlərin görülməsini tələb edən iddiası üzrə dinləmələrə başlayıb. Haaqadakı iclasın açılışında Rusiya nümayəndə heyəti iştirak etməyib, canlı yayım zamanı bu ölkənin nümayəndələri üçün nəzərdə tutulan boş yerlər göstərilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru