Rusiyanın “Pervıy kanal”ının redaktoru Putini işğalçı adlandırdı - Canlı efirində müharibəyə etiraz etdi + VİDEO

15-03-2022, 08:05           
Rusiyanın “Pervıy kanal”ının redaktoru Putini işğalçı adlandırdı - Canlı efirində müharibəyə etiraz etdi + VİDEO
Rusiyanın “Birinci kanal”ının əsas xəbər buraxılışında gözlənilməz hadisə baş verib. Canlı efir zamanı naməlum qadın kadra daxil olub.

O, arapıcı Yekaterian Andreyevanın arxasında dayanaraq əlində “Müharibəyə Yox!” yazılmış plakatı nümayiş etdirib.Efir rejissorları onu kadrdan çıxarmağa çalışıblar.

Rusiyanın “Pervıy kanal”ı redaktorun əlindəki plakatla efir zamanı görünməsi ilə bağlı araşdırma aparır. “Report” xəbər verir ki, bu barədə “Pervıy kanal”dan “RİA Novosti”yə bildirilib.

“Vremya” verilişinin canlı yayımında həqiqətən də kadrda kənar şəxslə insident baş verib, daxili yoxlama aparılır”, - telekanalın mətbuat xidməti agentliyə bildirib.

Məlumata görə, ona qarşı inzibati iş gedir və həmin şəxs hazırda saxlanılıb. O, İnzibati Xətalar Məcəlləsinin 20.3.3-cü maddəsi ilə (Rusiya Silahlı Qüvvələrinin istifadəsini nüfuzdan salmağa yönəlmiş ictimai hərəkətlər) məsuliyyətə cəlb edilə bilər.

Qeyd edilir ki, həmin şəxs Marina Ovsyannikovadır, o, “Pervıy kanal”da redaktor işləyir. M.Ovsyannikova hazırda Ostankino rayonundakı polis şöbəsindədir.

M.Ovsyanniko Moskvanın Ukraynada cinayətə yol verdiyiniu, Rusiyanın işğalşı olduğunu, bütün bunlara görə isə Putinin məsuliyyət daşıdığını













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.