Vassal ölkə öz tarixi xilaskarına qarşı - GƏLİŞMƏ

6-05-2022, 10:05           
Vassal ölkə öz tarixi xilaskarına qarşı - GƏLİŞMƏ
Zaman-zaman yazıldığı kimi, ermənilər dünyanın yeganə xalqıdır ki, hara köç edib orada məskunlaşırlarsa, az sonra oranı həyasızcasına “qədim erməni torpağı” və ya “Böyük Ermənistan”ın bir parçası elan edirlər. Yeni dövlət qurmaq sevdasına düşürlər.

Köçdükləri ərazinin onlara məxsusluğunun “sübutu” üçün torpağa “qədim erməni xaçkarları” basdırmaq, oradakı digər xristian məbədlərini, qeyri-erməni dini-mədəni irsini erməniləşdirib öz adlarına çıxmaq isə onların ənənəvi, köhnə adətidir, hətta su içmək qədər əllərində adi şeydir. Qarabağda başımıza gətirdikləri oyunlar kimi. Bu da isti nümunə.

*****

“Biz etiraf etməliyik ki, Rusiyanın günahı və ya razılığı ilə ”artsax"ı praktiki olaraq itirmişik. “Artsax”ın yalnız dörddə biri bizdə qalıb. Ancaq müasir Rusiya ərazisində ermənilərə bağlı çoxlu ərazilərimiz var".

“Yeni Müsavat” xəbər verir ki, bu barədə Qalust Qriqoryan ad-soyadlı erməni şərhçi Arnenianreport.com-dakı məqaləsində yazır.

Məqalədə ardınca deyilir: “Məlum olduğu kimi, XVIII-XIX əsrlərdə çox sayda erməni Osmanlı İmperiyasından və İrandan - yad dinlilərin hökmranlıq elədikləri bu tarixi Ermənistan ərazisindən (? - red.) köç edərək yaşamaq üçün Rusiyaya gediblər. Əsrlər boyu İmperatorluğa yeni ilhaq edilmiş, tərk edilmiş torpaqları abadlaşdıraraq yeni şəhərlər salıblar. Ermənilərin Rusiyada əsasını qoyduğu ən məşhur yaşayış məntəqələrindən biri Stavropolun şərqindəki Budyonovskdur. Şəhərin əsası 1799-cu ildə Qarabağdan buraya, susuz çöllərə köçən ermənilər tərəfindən, sıfırdan qoyulub. Əvvəlcə Budyonovsk ermənicə Surb-xaç (”Müqəddəs xaç") adlanırdı. Sovet marşalının şərəfinə adı yalnız 1921-ci ildə alıb".

İştah diş altındadır deyiblər. “Miatsum” virusundan əziyyət çəkən erməni müəllif daha sonra yazır: “Krasnodar diyarının şərqində 200 minlik böyük şəhər olan Armaviri yada salmamaq mümkün deyil. Armavir 1839-cu ildə Rusiya ilə vuruşan çərkəzlərdən ayrılaraq bura köçmüş ”çərkəz erməniləri" qurublar. Şəhər “Böyük Ermənistanın” qədim paytaxtının adını daşıyır. Həmçinin digər böyük erməni şəhəri - indiki Rostovun ən böyük rayonlarından olan Don üzərindəki Naxçıvan şəhəridir. Amma hələ 1928-ci ilə qədər burada Nor-Naxçıvan adlı ayrıca erməni yaşayış məntəqəsi var idi".

Qalust Qriqoryana görə, müasir Rusiya ərazisindəki erməni şəhərlərini saymaqla bitməz: “Ancaq onları xatırlamaq deyil, öz doğma sahiblərinə qaytarmağa hazır olmaq daha vacibdir. Şəraitin müəyyən axarı üzrə hər şey elə buna doğru da gedir. Estoniyanın hərəkətləri də (Rusiyadan tarixi ərazisini tələb eləməsi - red.) ona işarədir ki, biz də tarixi ədalətin bərpasına hazır olmalıyıq. Biz hamımız indi məhz bu haqda düşünməliyik, nəinki Ermənistanı daxili siyasi qarşıdurma ilə zəiflətməliyik”, - deyə müəllif klassik erməni sırtıqlığı ilə Rusiyanın cənubundakı, Krasnodar diyarındakı böyük bir əraziyə qarşı torpaq iddialarını ortaya qoyub.

*****

Lakin ermənilərin Türkiyəyə, Azərbaycana qarşı əsassız və axmaq ərazi iddialarını yenə Türkə xroniki nifrətlə müəyyən qədər izah eləmək mümkünsə, öz tarixi xilaskarları Rusiyaya qarşı belə nankor hərəkəti heyrət doğurmaya bilmir. Xatırladaq ki, söhbət “müstəqil” olandan bəri Rusiyadan ucuz qiymətə təbii qaz və havayı silahlar alan, sərhədlərini rusların qoruduğu, Türkiyəyə qarşı 50 illiyinə (1997-2047) Moskva ilə strateji müttəfiqlik müqaviləsi imzalayan Ermənistandan gedir.

Maraqlıdır, görəsən, erməniləri millət olaraq xilas edən Rusiyanın öz forpostundan səslənən belə heyrətamiz iddialara cavabı nə olacaq? Ümumiyyətlə, olacaqmı? Erməni toplumunu tanıyanlar, onun xarakterinə, düşüncə tərzinə bələd olanlar bilir ki, bu, adicə bir jurnalistin fantaziyası ola bilməz. Bu, yüzdə-yüz erməni ictimai-siyasi fikrində çoxdan kök salmış stereotipin bariz təzahürüdür. Görünür, Rusiyanın Ukrayna bataqlığında labüd olaraq zəifləyəcəyini mənfur qonşular özləri üçün fürsət bilməyə başlayıblar. Özü də ərazi qoparmaq kontekstində...

Söz yox ki, bu qəbildən iddialar, jurnalist yazıları heç də boşuna ortaya çıxmır. Bu, həm də Ermənistanın öz ağasını dəyişməyə hazırlaşmasının əlamətidir. Çörəyi dizinin üstündə olan nankor ermənilər üçün bu, adi şeydir. 1-ci Dünya müharibəsi zamanı Osmanlı dövlətinə arxadan bıçaq saplayıb xəyanət etməkdən tutmuş, Azərbaycan torpaqlarında qondarma dövlət qurmağa şərait yaratmağın qarşılığında Azərbaycana elədikləri pislikləri yada salmaq yetər.

*****

Bu da artıq yəqindir ki, 2-ci Qarabağ müharibəsində Ermənistanı tam darmadağından xilas edən, Qarabağın ermənilərsiz qalmasına imkan verməyən Rusiyaya qarşı kapitulyant ölkədə rəğbət əvəzinə, nifrət xeyli artıb. Bir çox analitiklər isə əmindirlər ki, Ermənistan Ukrayna müharibəsində yekun etibarilə qalibin tərəfində duracaq. Qalib isə aydındır ki, Rusiya olmayacaq.

Yəni yenə öz xislətlərinə sadiq qalaraq, bu dəfə tarixi xilaskarları Rusiyaya arxadan bıçaq saplayıb onu Qərbə dəyişəcəklər. Yuxarıda sitatlar gətirdiyimiz yazı bunun xəbərçisi sayıla bilər.

Belə demarşları və gözləntiləri Moskva da fərq eləməmiş deyil. Odur ki, Rusiyanın öz forpostuna hansı cavabı verəcəyi maraqlı olacaq...
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.