164 saylı məktəbdə "Georgi lenti" bayramı?- Bu nə deməkdir? FOTOFAKT

6-05-2022, 21:00           
164 saylı məktəbdə "Georgi lenti" bayramı?- Bu nə deməkdir? FOTOFAKT
Foto bu gün Bakıda, 164 saylı orta məktəbdə çəkilib.
Sagirdlərin sinəsindəki isə "Georgi" lentidir.

Teref.az yazır ki, sosial şəbəkədə yayılmış bu şəkil 164 nömrəli məktəbdə çəkilib. Uşaqlara "Georgi lenti" taxdırıb poz verdirən mktəbin direktoru
Kəmalə xanım Qədirovadır. Görəsən Kəmalə xanım rus şovinizminin simvolu olan bu lenti hansı məqsədlə uşaqlara taxdırıb?
Hər halda bir açıqlama verərlər....
1769-cu ildə imperatriça II Yekaterina tərəfindən təsis olunub və Rusiya üçün qəhrəmancasına savaşan rus əsgərlərinə verilən mükafatlar onun üzərinə vurularaq, təqdim olunurdu. Həmin vaxtlardan başlayaraq, lentin standartı belədir: 3 qara, 2 narıncı xətt.
Onuda qeyd edək ki, "Georgi lenti" 1768—1774 Rusiya Türkiyə savaşında Rusiyanın Türkiyə üzərində qələbəsi şərəfinə təsis edilib
Hazırda isə "Georgi lenti" Rusiyanın şovinist, "velikorus" və neofaşist gənclər təşkilatının, bir sıra siyasi partiyaların simvolu kimi istifadə olunur.

Və rus şovinizminin simvolu kimi bir çox ölkələrdə qadağan olunan bu lent bu gün şagirdlərin sinəsindədir.
Nə qədər cəhd eləsəkdə Kəmalə müəllimə ilə əlaqə yarada bilmədik, lakin ondan bir acıqlama gözləyirik!
Teref.az













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.