Həqiqətənmi 9 may günü bayram keçirilməyə layiqdir?! - Tanrıverdi Əliyev yazır...

10-05-2022, 12:07           
Həqiqətənmi 9 may günü bayram keçirilməyə layiqdir?! -
Keçmiş sovet ölkələri tərəfindən qeyd olunan “ 9 may Böyük vətən müharibəsi qələbəsi” bayramı əslində 8 may 1945-ci il saat 23:01-də Almaniyanın təslim aktını imzalamasına əsaslanır. Belə ki, Avropa ölkələri bu günü 8 may tarixində qeyd etsə də postsovet ölkələri 9 may tarixində qeyd edir. Bəs görəsən 9 may günü həqiqətənmi bayramdır?! Həqiqətənmi 9 may günü bayram keçirilməyə layiqdir?!

Xatırladaq ki, tarixçilər çox gözəl bilirlər ki, SSRİ ilə NASİST Almaniyası arasında 1939-ci il tarixində işğalçı Molotov-Ribbentrob paktı imzalanmışdır. Bu pakt Polşaya və dolayı yol ilə Baltikyanı ölkələrin ərazi bütövlüyünə, habelə Finlandiya üçün təhlükə hesab olunurdu. Sözügedən pakta görə Polşa iki imperiya arasında bölüşdürüldü, Sovet ordusu 1939-cu ildə Finlandiyanı daha sonra isə Latviya, Litva və Estoniyanı işğal etdi. Bir növ Stalinin məqsədi Şərqi Avropa ölkələrinə kommunizmi yaymaq idi ki, bunu müharibədən sui-istifadə edərək təbliğ edirdi . 1941-ci ildə Adolf Hitlerin SSRİ-yə müharibə elan etməsi ilə “Böyük Vətən müharibəsi” başladı. Bu müharibədə bizim babalarımız da məcburi səfərbərliyə çağırılmışdır. Almanların Stalinqrad(indiki Volqaqrad) ətrafında geri püskürdülməsi nəticəsində Sovet ordusu Avropaya doğru irəliləməyə başladı. Stalin ordusu Çexiya, Rumıniya, Bolqarıstan, Macarıstan ərazilərini işğal etmiş və həmin ölkələri kommunistləşdirmişdir. Nəticədə Almaniya 1945-ci il 8 may tarixində işğal edildi. Və ölkə iki yerə bölündü.
1. Qərbin dəstəyi ilə yaradılan AFR
2 SSRİ-nin dəstəyi ilə yaranan ADR

Qərb dövlətləri ilə SSRİ-nin fərqi bu idi ki, onlar Nasizm /Faşizm təhlükəsini Avropadan təmizləyir, tutduqları əraziləri SSRİ kimi işğal etmirdilər. Onların məqsədi Almaniyanı Hitler faşizmindən təmizləyib bütöv şəkildə demokratik dövlət halına gətirmək idi, lakin sovet ordusunun Berlini zəbt etməsi ilə işlər dəyişdi. Almaniya qeyd etdiyimiz kimi iki yerə bölündü. Bir xalq iki yerə parçalandı. Almanlar 1990-cı ildə Helmut Koll hakimiyyətinə qədər bir-birlərindən ayrı qaldılar.

Düzdür, bizim babalarımız zənn edirdilər ki, onlar Faşizm əleyhinə mübarizə aparırlar, fəqət fərqində deyildilər ki, onlar özləri də bilmədən kommunizmin yayılmasında bilavasitə yardımçı idilər. Bu səbəbdən onları, fikrimizcə günahlandırmağa dəyməz. Çünki səfərbərlik məcburi idi, eyni zamanda bir əsgər(xüsusən də azərbaycanlılar) komandirdən aldığı əmri yerinə yetirməsəydi güllələnirdi.

Əslində biz bu müharibədəni belə adlandırardıq. Dərin dövlətlərin cızdığı plan əsasında yaranmış bir müharibə idi ki, sosioloji baxımdan insanların sayını azaltmaqla Dünya iqdisadi böhranını bitirmək idi. Xatırladaq ki, hər iki dünya müharibəsindən öncə dünyada iqdisadi böhran olmuşdur...
Teref.az
Tanrıverdi Əliyev












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.