Sözün bittiyi yer: ŞƏHİD anasının facebookdakı statusu

23-04-2016, 22:39           

ŞƏHİD anasının facebookdakı statusu:
İndi bu yazını sizə göz yaşlarımın yoldaşlığı ilə yazıram.Hüznün məni öz qoynuna alıb gəzdirdiyi və kədərlə qəmin mənə övlad olduğu halda yazıram.Gecələr onsuzluğa açarkən gözlərimi onsuzluqda axtarıram doya doya sevmək üçün.Bilmirəm sizlərdə nə təsir qoyacaq və necə anlayacaqsınız. Lakin istəyirəm oğlum unudulmasın və mən onu unutmamanız üçün yazıram.Sadəcə oxumaq üçün deyil. Unutmamaq üçün yazıram. Sətirlər yenə aciz qalıb ondan danışmağa.Mən isəyazmaqda çətinlik çəkirəm hər kəlməm hər sətrim ağlayır onsuzluğun boş otağında. Sizlər öz həyatına davam edərkən mən yaşamaq üçün çabalayıram o olmayan boşluqda . Siz hər gün təbəssümlə oyanarkən yuxudan mən onsuzluğa açıram gözlərimi və sadəcə göz yaşlarım yoldaş olur dörd divarda. Onun yoxluğunu qəbullanmaq, o bir daha gəlməz demək, onu bir dəfəlik itirmək, mənim üçün diri halda boş bir məzara girməkdən belə çətindir.
İndi onun məsum olan baxışlarına həsrət qalarkən mən. Sizlər unutmaqdan danışırsınız nədən?
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru